Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


10.07.2025  17:41 

DTX “Vaqner”çiləri saxladı... - Bakıda





A+  A-

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu və 1974-cü il təvəllüdlü Həsənov İsmayıl Buludxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

XəzərNews.az xəbər verir ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilmiş və istintaqa təqdim olunmuş həmin şəxslər tərəfindən xaricdə və Azərbaycan Respublikasında müxtəlif cinayət əməlləri törədilib.

Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman “Vaqner” silahlı birləşməsinin rəhbəri olmuş Y.Priqojin tərəfindən şəxsən seçilərək cəzaların icrasından yayındırılmış və razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb edilmişlər.

Onlar müxtəlif ölkələrin ərazilərində odlu silahlardan və partlayıcı vasitələrdən istifadə etməklə təlim və döyüş əməliyyatlarında iştirak etmiş, digər Azərbaycan Respublikası vətəndaşlarının da ölkə hüdudlarından kənarda belə əməllərə təhrik edilməsi istiqamətində fəaliyyət göstərmişlər.

Hazırda cinayət işi üzrə Ramil Əliyev və İsmayıl Həsənovun, eyni zamanda Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarına qarşı digər cinayət əməlləri ilə bağlı araşdırmalar aparılır.

Məhkəmə baxışının nəticələrinə əsasən Ramil Əliyev və İsmayıl Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib./Teleqraf

Xəbər 613 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +