Sabiq professor vəfat etdi -FOTO
Meriyanın şöbə müdiri vətəndaşı təhqir etdi - Video
Trampın Putinlə görüşü Aİ-yə zərbədir?
“Azpulmat” əməkdaşı borcu ödəməyən müştərini təhqir etdi
Ən böyük mehdiyevçilər onlardır... - Sabiq deputat
“Mango”nun qurucusunu oğlu öldürüb
Pensiya yaşı artırılacaqmı? - Rəsmi açıqlama
Ramiz Mehdiyev bu villasındadır - Foto
Tramp və Zelenski raket tədarükünü müzakirə edəcək
“Azercell” qiymətləri kəskin bahalaşdırıb... - 4 manat ödəyəcəyik


03.10.2018  14:49 

“Bugünkü iclasa ürək ağrısı ilə gəldim” - Əbülfəs Qarayev





A+  A-

“Bəzi insanlar tarixi abidələri daşla vurub sındırır, üzərinə adlarını yazır, lazımsız reklamlar vurur, sonra deyirlər ki, dövlət mədəni irsimizi qorumur“.
XəzərNews.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının təqdimatında deyib.

Nazirin fikrincə, gərək hər bir vətəndaş tarixi sərvətləri qorumağın vacibliyini anlasın: “Biz özümüz ölkə daxilindəki abidələri lazımı qədər qoruya bilirikmi? İnsanlar yenə də hər şeyi dövlətin üstünə atırlar. Başqa ölkədə tarixi binaya bir dənə mıx vurmaq üçün azı 150 sənəd yığmaq lazım olur. Hərdən biz aciz qalırıq.

Bu proses insanların şüurunda olmalıdır. Bunu insanların şüuruna necə daxil edək? Nazirin çıxışları ilə, televiziya vasitəsilə uzun-uzadı danışmaqla, yoxsa, qəzetlərdə məqalələr yazmaqla, müasir texnologiyalarla, ya da məktəblərdə bunu etməliyik? Hər şey vəhdət təşkil etməlidir. Mən bugünkü iclasa ürək ağrısı ilə gəldim”.

Xəbər 3272 dəfə oxunub.




17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO

17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır


BÜTÜN XƏBƏRLƏR +