Putin Ukrayna konfliktinə son qoymaq istəyir -Tramp
Tramp-Zelenski arasında görüşü keçirilir - Foto/Yeniləndi
Rusiyada güclü partlayış
Klub prezidenti öldürüldü -FOTO
Finlandiyadan bu ölkəyə milyonluq yardım...
Havaya qalxdı, Bakıda təcili eniş etdi -Təyyarədə nə baş verib?
İcra başçısı olacaq?
Mehriban Əliyeva Roma Papası ilə görüşüb -FOTO
Evlərində axtarış aparılıb
Mehdiyevlərin ölkədən çıxışına qadağa qoyuldu


17.10.2025  12:32 

İran ABŞ və İsraillə ayrı-ayrılıqda danışıqlar aparmaq istəyir?





A+  A-

Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə İranın ali rəhbəri arasında yazışmaların, müraciətlərin və salamların müəyyən tarixləri var. Normal diplomatik protokol çərçivəsində başlanan bu təmaslar son bir il ərzində açıq şəkildə siyasiləşmişdir.

Əli Laricaninin Moskvaya ilk səfəri zamanı, demək olar ki, bütün dünya onun ali rəhbərin adından məktub aparacağını gözləyirdi. Lakin ali rəhbər prezident Vladimir Putinə məktub göndərmədi. Halbuki Laricani Tehrandan Moskvaya yola düşərkən, onun ali rəhbərin məktubunu aparacağı bildirilmişdi. Nəticədə, Moskvaya ali rəhbərin deyil, prezident Məsud Pezeşkiyanın məktubu göndərildi. İran baxımından ali rəhbərin məktubu ilə prezident Pezeşkiyanın məktubu arasında fərq “yerlə göy” qədərdir.

Bundan bir qədər əvvəl, prezident Məsud Pezeşkiyanın da Moskvaya səfəri zamanı ali rəhbərin adından Putinə məktub göndərilməli idi, lakin bu da baş vermədi. Həmin dövrdə ali rəhbər kəskin anti-Rusiya ritorikasının təşviqi ilə məşğul idi və özü də açıq şəkildə anti-Rusiya tarixi faktları yada salırdı. İran mediası da eyni xətt üzrə hərəkət edərək, Rusiya əleyhinə təbliğatı gücləndirmişdi. Hazırda da “Səhər-Azəri” telekanalı “İgidlər Yurdu Qafqaz” verilişinin ikinci dövriyyəsini yayımlamaqdadır. Bu verilişin leytmotivi açıq şəkildə belədir: “Rusiya Qafqaz üçün pis olub, pisdir və pis də olacaq.”

Belə bir şəraitdə İranın ali rəhbərinin Vladimir Putinə məktub göndərməsi diqqətçəkici faktdır. Əli Laricaninin anons olunmamış səfəri göstərir ki, bu məktub təcili xarakter daşıyır və mətndə əks olunan mövzu İran üçün strateji əhəmiyyət kəsb edir.

Bu hadisədən az əvvəl prezident Vladimir Putin “İsrailin baş naziri ilə danışdığını, Binyamin Netanyahunun İranla müharibə etmək istəmədiyini və normallaşma tərəfdarı olduğunu” bəyan etmişdi. Ali rəhbər Seyid Əli Xameneinin Putinə məktubunun əsas səbəbi də məhz bu bəyanatla bağlıdır. Əli Laricaninin Moskvaya səfəri zamanı məktub aparması xəbəri yayılanda, “Mehr” agentliyi də Putinin İsrailin adından İrana müəyyən sifariş göndərməsini xüsusi vurğulamışdı.

Digər tərəfdən, Donald Tramp da İran məsələsini daim diqqətdə saxlayır. Onun açıqlamaları göstərir ki, ABŞ administrasiyası İranın İsraillə iqtisadi əməkdaşlığa getməsini, “İbrahim müqaviləsi”nə, hətta Qəzza böhranının tənzimlənməsinə qoşulmasını təşviq edir. Bu proseslərin hamısında ABŞ-ın rəhbərliyi altında İsraillə əlaqələrin qurulmasından söhbət gedir.

İran artıq təxminən 15 ildir ki, ABŞ-la ikitərəfli münasibətlərin bərpası istiqamətində fəaliyyət göstərir. ABŞ-la əlaqələr Tehran üçün həyati əhəmiyyət daşıyır. İran zərurət yaranarsa, ABŞ-ın siyasi xəttinə uyğun şəkildə Türkiyəyə və Rusiyaya qarşı mövqe sərgiləyə bilər, hətta neftin qiymətinə təsir göstərməklə və ya ABŞ-a titan ixracı ilə iqtisadi təzyiq alətləri yarada bilər. Lakin Tehran bütün bunları İsrailin təzyiqi altında etmək istəmir. Çünki ABŞ-ın hazırda təqdim etdiyi model, İranın baxış bucağında, “İsrail süngüsü altında fəaliyyət göstərmək” kimi görünür.

Putinin Netanyahunun adından verdiyi bəyanat ali rəhbəri ayıltdı. İndi ali rəhbər İsraillə münasibətlərdə Rusiyanın vasitəçiliyini təklif etməyə hazırlaşır. Plan belədir ki, İran–İsrail danışıqları Rusiya üzərindən aparılacaq. Bu prosesin yekun məqsədi – yəni “İran İsrailə hücum etmir, İsrail də İrana qarşı müharibə başlamır” prinsipinin təminatı – Rusiya dövləti, şəxsən prezident Vladimir Putinin qarantiyası altında olacaq.

İran bu vasitəçilikdən istifadə edərək ABŞ-la münasibətləri normallaşdırmaq və iqtisadi sanksiyaların aradan qaldırılmasına nail olmaq istəyir. Tehrandakı siyasi dairələr isə bu gedişin uzunmüddətli nəticələrini tam dərk etmirlər. Gələcəyi yalnız Allah bilər. Amma görünür ki, İranın problemləri artıq təkcə siyasətlə deyil, ilahi sferayla da bağlıdır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 1760 dəfə oxunub.




17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +