Rəis rüşvət almaqda ittiham olunur
Putin və Tramp Budapeştdə görüşəcək
İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir
Ramiz Mehdiyevin ev həbsində olduğu villası - Video
Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Xalq yazıçısı Cabir İmanovla bağlı danışıb
Ukrayna ordusunun təlim poliqonu “İsgəndər”lə vuruldu
Tovuzda baş verən qətl... - Təfərrüatlar məlum oldu
Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?
9 nəfərin 3 milyon pulunu neçə ələ keçirdi...


16.10.2025  12:59 

Dayısının 1 milyon manata yaxın pulunu ələ keçirdi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamil İsrafilovun (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

XəzərNews.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.

İttihama görə, Şamil İsrafilov etibardan sui-istifadə və aldatma yolu ilə Azərbaycan və Estoniyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı - Rusiya vətəndaşı, zərərçəkmiş Fərhad Məmmədovun etimadını qazanaraq ona məxsus külli miqdarda əmlak və pul vəsaitini ələ keçirib. O, müxtəlif illərdə zərərçəkmişin tam dəyərini ödədiyi yük avtomobilləri, yarımqoşqular və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yaşayış evini öz adına rəsmiləşdirərək ümumilikdə 247 275 manat dəyərində əmlakı mənimsəyib.

Daha sonra Şamil İsrafilov eyni üsulla 2021-ci ildə müxtəlif markalı yük avtomobillərini və yarımqoşquları da adına keçirərək əlavə 320 665 manat məbləğində, eləcə də həmin ilin sonlarında Nərimanov rayonunda mənzil alışı bəhanəsi ilə 374 000 manat məbləğində pulu ələ keçirməklə zərərçəkmişə ümumilikdə 941 940 min manat ziyan vurub.

Məhkəmə baxışı zamanı dindirilən Şamil İsrafilov özünü Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyib. O ifadəsində deyib ki, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub və MMC-də təsisçi-direktoru kimi işləyib. Zərərçəkmiş şəxslə birgə biznes fəaliyyəti həyata keçirib, aralarında əvvəlcədən heç bir mübahisə və ya narazılıq olmayıb.

Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində iştirak etdikdən sonra işlərinə Vilayət və Faiq adlı şəxslər müdaxilə etməyə başlayıblar. Təqsirləndirilən şəxs onların biznesinə şərik olmaq istədiklərini, lakin buna razı olmadığını, daha sonra həmin şəxslərin onun barəsində əsassız şikayətlər verdiyini bildirib.

Şamil İsrafilov ifadəsində qeyd edib ki, guya ona 220 000 ABŞ dolları məbləğində pul verilməsi barədə iddialar tam uydurmadır, bu barədə heç bir fakt və sübut yoxdur. Təqsirləndirilən şəxs həmin pulu görmədiyini, onun verilməsi barədə göstərilən tarix və şəraitin də həqiqətə uyğun gəlmədiyini vurğulayıb.

Xəbər 3401 dəfə oxunub.




16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü


BÜTÜN XƏBƏRLƏR +