Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


02.08.2022  09:15 

Futbola sevgidə və azarkeşlikdə səmimiyikmi?!





A+  A-

Oxuyuruq ki, Avropa Çempionlar Liqası play-off mərhələsi çərçivəsində "Qarabağ"ın sabah Macarıstan çempionu "Ferentsvaroş" klubuna qarşı Bakıda keçiriləcək oyununa 28 min bilet ikicə gün içində satılıb. Hələ on minlərlə futbola baxmaq istəyən bilet deyib lalıyır. Yəni, həmin gün Tofiq Bəhramov adına stadionun tribunalarına iynə atsan yerə düşməyəcək. Hətta ehtimal var ki, pilləkənlərdə də yer olmasın. Möhtəşəm xəbərdir! Eşidən adam dərhal düşünəcək ki, Azərbaycan xalqı, insanı, sən demə futbolla yatıb-durur, futbolla nəfəs alır. Əslində, biz futbolu kimsədən az sevmirik, ancaq hər məsələdə olduğu kimi, bu sevgi və tutquda da yarımçığıq...

Futbol artıq çoxdan idman növü olmaqdan çıxıb. Biznes, kommersiya aləti olması bir yana, eyni zamanda sözün bütün mənalarında təmsil elədiyi xalqın, dövlətin danışa bilən dilinə də çevrilir zaman-zaman. Bu planda təkcə "Qarabağ"ın illərdir Avropa arenalarında Azərbaycan Respublikası üçün elədiklərini heç bir nazirlik, qurum, təşkilat, təsisat edə bilməyib və edə bilmir. Futbol və onu oynayan komandalar hər bir ölkənin yaxşı mənada piarı, tanıdılması, adı-sanı, şanı, qürurudur, desək, yalan olmaz. Ona görə, belə klubların sayının daha çox olmasında həm Dövlət maraqlı olmalıdır, həm də futbol sevgisi ilə yaşayan böyük kütlələr! Yəni, respublikada futbola sevgi ilə yanaşı, DAVAMLI AZARKEŞ, FAN KLUB ƏNƏSİNİN olması da vacibdir. Azərbaycan təəssüf ki, bu mənada da çox geri qalır. Bu yerdə futbola olan sevgimizin nə qədər səmimi olub-olmaması da mövzu ola bilir.

Arzu edək ki, camaatımızın futbol sevgisi daha səmimi, daha gerçəkci olsun, stadionları iki günün içində 28000 bilet alıb təkcə Avrokubok oyunlarında yox, elə ilboyu davam edən Respublika Çempionatının bütün oyunlarında da doldursunlar. Niyə də olmasın axı?! Vallah kimsə deməsin biletinin qiyməti sadəcə 3-5 manat olan oyunlara getməyə maddi imkanı və boş zamanı yoxdur. Uşaqlarınızı da götürüb hər həftəsonu sevimli komandanızın oyununa baxmağa aparmaq, elə onlarla vaxt keçirmək istəməyinizə bir səbəb ya bəhanə ola bilər. Kimsə də iddia eləməsin ki, guya yerli klublarımızın oynadıqları futbol baxımlı, səviyyəli deyil və s. Vallah o qədər də deyil axı. Bu da çox mübahisəli məsələdir. Çünki dünyanın hər yerində azarkeşlər, fanatlar daha çox futbolun keyfiyyətinə, səviyyəsinə görə yox, xoşməramlı intriqa fonunda yaşadıqları bölgənin təmsilçisinə dəstək xatirinə stadionları doldururlar. Bundan başqa, bu il dörd klubumuz Avrokuboklarda oyunlara çıxdılar və hamıya sübut elədilər ki, kimsədən pis futbol oynamırlar. Hətta tur adlaya bilməyən "Qəbələ" və "Zirə" belə kifayət qədər dişli, baxımlı oyunla yadda qaldılar güclü rəqiblərinə qarşı. Dəfələrlə canlı şahidi olmuşam ki, bu oyunlar ölkə birinciliyində də sərgilənir. Azarkeş dəstəyi olsa, oyunların dinamikası, sürəti, keyfiyyəti də bir başqa cür olur. Futbolçu meydanı dolduran azarkeşlərə özünün ən yaxşı tərəflərini göstərmək üçün stadiondakı anşlaqdan əlavə motivasiya ala bilir..

Birdəfəlik anlamalıyıq ki, FUTBOLÇU olan kəs meydanda azarkeş təzyiqini, tələbkarlığını, məsuliyyətini hiss etməlidir ki, hər gün öz üzərində işləyib səviyyə qazansın, ortaya keyfiyyət qoysun.

Bilirsiniz niyə?! Çünki ölkədə futbolun inkişafına hər mənada təkan verən məhz AZARKEŞ amilidir! Yaxşı futbol, güclü futbolçuların yetişməsini istəyiriksə, FUTBOL SEVGİMİZDƏ DAHA SƏMİMİ, DAHA GERÇƏKCİ olmalıyıq, hər həftə stadionları doldurmalı, anşlaq yaratmalı, həftəsonlarını futbol bayramına, futbol istirahətinə çevirməliyik. Ayda ildə bir dəfə, o da Avrokubok oyunlarında stadionlara axışmaqla ÖLKƏDƏ FUTBOL QAZANMAZ, nə də İNKİŞAF ETMƏZ!

İngiltərədə, Braziliyada, Almaniyada, İspaniyada, lap elə götürək qardaş Türkiyəmizdə həm də ona görə keyfiyyətli futbol, güclü futbolçular var ki, orada hər həftəsonu stadionlar AZARKEŞLƏRLƏ AŞIB-DAŞIR. Futbolçular meydana kimin üçün çıxdıqlarının fərqinə varır, daha çox cavabdehlik daşıyır, özgüvən, artistizm və fantaziyalarına əlavə rənglər qatır, meydanda özündən çox camiəyə xidmət edir.

Stadionlarımızı ilboyu AZARKEŞLƏRSİZ, FANATLARSIZ qoymayaq! Onikinci futbolçu missiyamıza sadiq qalaq..

Mirzə Rəşad Bakuvi

Xəbər 3906 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +