İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub
Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Könül faciəsi ilə bağlı cinayət işi açıldı
“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama


11.07.2025  17:27 

“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama





A+  A-

Son zamanlar fəxri adların verilməsi ilə bağlı cəmiyyətdə gedən müzakirələr yenidən gündəmə gəlib. Xalq artisti adına layiq görülən bəzi şəxslərin seçimi birmənalı qarşılanmır və bu, sənət cameəsində ciddi narazılıqlara səbəb olur.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Xalq artisti Şeyx Əbdül mövcud sistem və bəzi ad sahibləri ilə bağlı sərt fikirlər səsləndirib. O bildirib ki, fəxri adların verilməsinə yenidən baxılmalı, hətta bu sistem tamamilə ləğv edilməlidir:

“Hazırda dəyərli kino xadimlərimiz Ayaz Salayev və Hüseyn Mehtiyevlə birlikdəyəm. Mən özüm də Xalq artistiyəm və bu adların verilməsinə qarşı çıxan ilk insanlardan biri olmuşam. Quru kağız parçası kimə lazımdır? Xalq artisti adı yalnız peşəkar sənətkarlara verilməlidir – manıslara, şoumenlərə, sinəsi və baldırı açıq olanlara yox! Əgər bir jek müdiri səni Xalq artisti olduğun üçün adam yerinə qoymursa, bu adın nə mənası qalır?”.

Şeyx Əbdül əlavə edib ki, bu adların statusu və sosial dəyəri olmadığı üçün ictimai rəyə əsaslanmayan, kağız üzərində verilmiş titullar mənasızdır:

“Adların verilməsi ictimai rəyə əsaslanmalı və müsabiqə yolu ilə həyata keçirilməlidir. Hansısa katibənin imzası ilə verilmiş ad bizə lazım deyil. Əgər bu status sənə nə kommunal güzəşt, nə də başqa üstünlük qazandırmırsa, sadəcə formal kağızdır. Gülməlidir ki, sinəsi açıq olanlara Xalq artisti adı verilir. Əgər belədirsə, qoy `Əməkdar şoumen` adı yaratsınlar”.

Xalq artisti adının dəyərsizləşdiyini bildirən sənətkar, əvvəlki dövrlərdə bu titulu alan sənət adamlarının əziyyətlə bu adı qazandığını vurğulayıb:

“Mənim yadımdadır, İsmayıl Osmanlı, Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov kimi sənətkarlar 60 yaşlarında Əməkdar artist adı alanda sevinclərindən ağlayırdılar. İndi isə yumurtadan çıxan kimi üç badam, bir qozla Xalq artisti olurlar. Bu xalqı alçaltmaqdır. Xalq artisti adı ya ciddi təmizlənməlidir, ya da tamamilə ləğv olunmalıdır”.

Şeyx Əbdül hesab edir ki, sənətdə olan dəyərlər maddi yox, mənəvi ölçülərlə müəyyənləşdirilməlidir:

“Ad şəxsiyyət deməkdir. O, xalq tərəfindən sevilməli və tanınmalıdır. Adı almaq üçün kiminsə qarşısında quyruq bulamaqla, sinə oynatmaqla Xalq artisti olunmur. Sağ olsun Prezident, artıq yeni adlar verilmir. Ümid edirəm ki, bu qərar davamlı olar”.

Xəbər 783 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +