Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


20.08.2018  10:37 

“Neftçi”nin 52 ay gözlədiyi seriya





A+  A-

Topaz Premyer Liqasına ardıcıl iki qələbə ilə başlayan “Neftçi” ötən mövsümün sonunda başlayan uğurlu seriyasını 5-ə çatdırıb.
XəzərNews.az xəbər verir ki, “ağ-qaralar” öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə üstələməklə ardıcıl 5-ci qələbəsini qazanıb.

2017/18 mövsümünün finişində “Qarabağ”ı 1:0, “Səbail”i 3:1, “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən bakılılar ötən tur “Sumqayıt”ın qapısından iki cavabsız qol keçirmişdi. Bu 5 qarşılaşmada 10 qol vurub, 3-nü buraxan “Neftçi” sonuncu dəfə belə qələbə seriyasına 2013/14 mövsümündə imza atmışdı. 2014-cü ilin mart-aprel aylarındakı 5 oyunluq qələbə seriyası 52 aydan sonra təkrarlanıb.

Qeyd edək ki, sonuncu dəfə aprelin 23-də “Keşlə” ilə matçda (1:2) xal itirən “Neftçi” növbəti turda “Qarabağ”la Azərbaycan derbisinə çıxacaq.



Xəbər 3060 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +