Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


10.10.2025  13:52 

Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü





A+  A-

ABŞ-də yaşayan 12 yaşlı azərbaycanlı tiktoker Zemfira Muxtarova Nyu-Yorkda metro qatarının üstündə sörfinq edərkən ölüb.

Bu barədə "The New-York Post” məlumat yayıb.

Faciəvi hadisə ötən şənbə günü gecə saatlarında "Marcy Avenue” stansiyasında baş verib.

Polisin açıqlamasına görə, Zemfira sosial şəbəkədə tanış olduğu başqa bir yeniyetmə - 13 yaşlı Ebba Morina ilə birgə adrenalin yaşamaq üçün evlərindən gizlincə çıxıblar.

Qatar stansiyaya çatarkən yeniyetmələr "Villiamsburg” yaxınlığında relslərin yanında huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili yardım əməkdaşları hər iki qızın öldüyünü təsdiqləyib.

Şahidlərin polisə verdiyi məlumata görə, Zemfira və Ebba həlak olmazdan əvvəl təxminən 15 yeniyetmə ilə birlikdə qatarın üzərində qaçıblar.

Yeniyetmənin anası Svetlana Rudenko övladının sosial şəbəkə hesabının olduğunu bilsə də, təhlükəli paylaşımlarından xəbərsiz olduğunu söyləyib

Muxtarovlar ailəsi onun ölüm xəbərini televiziya vasitəsilə öyrəniblər. Zemfiranın 11 yaşlı bacısı Məryəm xəbərlərdə həlak olan qızlardan birinin bacısı olduğunu onun "skeytbord”u və pul kisəsindən tanıyıb.

Zemfiranın atası, əslən azərbaycanlı olan Ruslan Muxtarov "gofound” saytında müraciət yaradıb və qızının dəfn xərclərini toplamaq məqsədilə insanlardan yardım istəyib.

Qeyd edək ki, qatarın üstündə sörfinq ABŞ-də viraldır. Təkcə ötən il bu trendə qoşulan 6 yeniyetmə həlak olub./Qafqazinfo

Xəbər 1448 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +