Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto


13.07.2017  15:07 

Bakıdakı çimərliklərdə 53 nəfər xilas edilib





A+  A-

İyulun 13-nə qədər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları suda boğulma təhlükəsilə üzləşən 53 nəfəri xilas edib.
Bu barədə XəzərNews.az-a FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov məlumat verib.
O qeyd edib ki, qeyri-çimərlik ərazilərində xilas edilənlərin sayı10 nəfər olub:
“Vətəndaşlar tərəfindən 112 qaynar xəttinə, yaxud xidmətin növbətçi hissəsinə daxil olmuş zənglər əsasında suda batmaq təhlükəsilə üzləşən 10 nəfər ən yaxındakı dalğıc-axtarış qrupu tərəfindən xilas edilib”.

E.Həsənov xilasetmə əməliyyatları zamanı Xidmətin əməkdaşlarının xəsarət almadığını bildirib:
“Əməkdaşlarımız xilasetmə zamanı daha dərin məsafələrə, qayalıq hissələrə üzürlər, bəzən öz həyatlarını təhlükəyə atırlar. Amma texniki-təhlükəsizlik qaydalarına əməl olunmaqla aparılmış xilasetmə işlərində əməkdaşlarımız heç bir bədən xəsarəti almayıb”.

Xəbər 2784 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +