Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


10.10.2025  12:47 

Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır





A+  A-

Təbriz və Mirzə Qədim İrəvani küçələrinin kəsişməsindəki dəmir məhəccərin qırılması və illərdir bərpa edilməməsi sakinlərin narazılığına səbəb olub.

XəzərNews.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə bildirilib.

Sakinlər bildirib ki, o, məhəccərin bərpası ilə bağlı “ASAN müraciət” portalı vasitəsilə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edib. Lakin hər üç qurum problemin həllinin onların səlahiyyətinə aid olmadığını bildirib.

Sakinlərdən biri isə qeyd edib ki, məhəccərin bu vəziyyətdə qalması artıq uzun müddətdir davam edir:

“Təxminən il yarım əvvəl həmin yerə avtomobil çırpılmışdı. O vaxtdan bəri məhəccər bu vəziyyətdə qalıb”, - deyə o qeyd edib.

Sakinlər bildirirlər ki, məhəccərin bərpa olunmaması piyadaların həyatı üçün ciddi təhlükə törədir.





Xəbər 838 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +