Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


15.04.2018  16:08 

“Gmail”dən möhtəşəm yeniliklər - Öz-özünə silinən məktublar...





A+  A-

Bir neçə gün öncə “Google” şirkəti öz “Gmail” servisinin dizaynında dəyişikliyi edib.
XəzərNews.az “Technote”yə istinadən xəbər verir ki, istifadəçiləri yeni dizaynla bərabər bir sıra yeni funksiyalar da əldə edəcəklər. Həmin funksiyalar arasında konfidensiallıq rejimi və öz-özünə silinən məktublar da var.

Məlumata əsasən, məktubun yazılışı zamanı servisdə saat və qıfıl işarələri əks olunacaq. Həmin işarələrə klik edəndən sonra istifadəçi konfidensial rejimə keçid edəcək.



Bu cür rejimdə yazılmış məktubu qəbul edəcək şəxs məktubun daxilindəki məlumatı heç cür kopyalaya, çap etdirə və ya kiməsə göndərə bilməyəcək. Müəyyən müddətdən sonra isə göndərilmiş həmin məktub avtomatik olaraq silinəcək.



Məktubu göndərəcək şəxs məktubun pozulacağı vaxt intervalını (həftə, ay və hətta bir neçə il) özü təyin edə biləcək. Bundan əlavə olaraq göndərilmiş məktubu kənar gözlərdən qorumaq da mümkün olacaq. Bunun üçün xüsusi şifrədən istifadə olunacaq və həmin şifrə SMS vasitəsilə məktubu qəbul edəcək şəxsə göndəriləcək. Çox güman ki, yenilənmiş “Gmail” servisi mayın 8-də start götürəcək “Google I/O 2018” tədbirində təqdim olunacaq.

Xəbər 3127 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +