Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


10.10.2025  13:05 

Deputatla spiker arasında maraqlı dialoq





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında maraqlı anlar yaşanıb.

XəzərNews.az xəbər verir ki, YAP-çı deputat Səyyad Aran çıxışa yazıla bilməməsindən şikayət edib.

"Mən bu lövhəyə düşə bilmirəm. Ən müxtəlif kombinasiyalardan istifadə edirəm. Ya əlimi üstünə basıram, ya tez-tez basıram, ya da məqamı tutub düyməni basıram, düşə bilmirəm ki, bilmirəm. Görürsünüz, başqaları da deyir”, - deyə deputat çıxış üçün söz ala bilməməsindən şikayətlənib.

Spiker Sahibə Qafarova isə onun sözlərinə belə reaksiya verib: "O kombinasiyalar nə kombinasiyalardı, xahiş edirəm, deyin. Özü də onu burda oturan hansı düşmən edir? Deyirsiniz ki, müxtəlif kombinasiyalardan istifadə edirəm və mən düşə bilmirəm. Səyyad müəllim, burda nə kombinasiyalar var? Sadəcə, düyməni basmaq lazımdır. Təsəvvür edin, burda 125 nəfər oturur, hər biri də istəyir. İndi kimsə düşür, kimsə düşmür".

O, daha sonra çıxışa yazılanların çox olduğunu, hamıya söz vermək imkanın olmadığını bildirib və çıxış üçün Səyyad Arana söz verib.

Xəbər 1823 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +