Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


06.07.2025  14:30 

Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir





A+  A-

İnsan özünü və dünyanı hansı dildə tanımağa başlayırsa, intellektual həzz duyğusu da o dil vasitəsilə yaranır və bu həzz duyğusu həmin dildən asılılıq yaradır.

Buna görə işi bilən dilçilər iddia edirlər ki, uşaq ibtidai təhsili öz ana dilində almalıdır. İlkin intellektual həzzi öz ana dilində yaşamalıdır ki, öz dilinə qarşı asılılıq yaransın.

İnsan dili sevmir, bu, padosdur, populuzmdur! İnsandakı dil sevgisi asılılıqdır, düşkünlükdür və tamamilə beynin istəklərinə bağlı bir məsələdir, iradə işi deyil. Eynən içki, narkotik, qumar, seks asılılığı kimi.

Çətin də olsa, qəbul edirəm ki, müstəmləkə illərində rus dili bütün post-sovet ölkələri üçün bilgi dili, intellektaul dil olub, bu üstünlük qəsdən yaradılıb və digər dillərə qarşı qısqırdılıb.

Türk, özbək, qırğız və s. dillər məişətə sıxışdırılıb. Sovet elitası intellektual həzzi rus dilində yaşayıb, öz ana dilinə xeyir-şər dili kimi baxıb.

Bozbaşı öz dilində yeyib, Kantı rusca oxuyub.

İntellektual ehtiyacı rus dilində ödəmək vərdişə çevrilib. Azərbaycan dilinin bu gün folklorik bir dil səviyyəsində ilişib qalmasının səbəbi də vətəndaşlarımızın rus dilinə arxayınlığıdır.

Və bəzi azərbaycanlılar anlamaq istəmir ki, onlar intellektual həzz alır deyə rus dilində təhsili qoruyub saxlasaq, öz dilimiz inkişaf etməyəcək.

Çünki özünün yaşadığı intelletual həzzi övladı da alsın deyə valideynlər uşaqlarına rus dilində təhsil verməyə üstünlük verəcəklər.

Ana dilində doğulub böyüyənlər yenə qara fəhlə olacaqlar, "çuşka" olacaqlar. Eynən rus müstəmləkəsi zamanı olduğu kimi.

Mənim rus dilində təhsilə qarşı çıxmağımın heç bir siyasi, şəxsi, millətçi səbəbi yoxdur. Mən yalnız intellektual məsuliyyətin öz dilimizin üzərinə qoyulması üçün qoşuluram bu mübahisələrə.

Dilimizin də müstəqilliyini təmin etməliyik ki, öz problemlərinin öhdəsindən özü gəlməyi öyrənsin.

Rus dilində təhsilin varlığı o deməkdir ki, Azərbaycan dili hələ azad dil deyil, müstəmləkə dövrünün dildir. Kasıb-kusubun dilidir, "çuşkaların" dilidir.

Onunla Kantı oxumaq olmaz, onunla ancaq bozbaş yemək olar.

Belə bir dil öz vətəndaşında heç vaxt intelletual həzz duyğusu yarada və yaşada bilməz!

Aqşin Yenisey

Xəbər 419 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +