Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO
Baş nazir qərar imzaladı
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu


21.08.2018  12:38 

“Şerif”in məşqçisi “Qarabağ”la oyundan danışdı





A+  A-

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Şerif"in məşqçisi Andrey Korneenkov Moldova çempionatının XVII turunda "Milsami"yə qalib gəldikləri matçdan sonra jurnalistlər önündə çıxış edib.
XəzərNews.az xəbər verir ki, baş məşqçi Qoran Sabliç sağlamlığı ilə bağlı problem yarandığı üçün mətbuat konfransına qatılmayıb.

Buna görə mətbuat nümayəndələrinin önünə köməkçi-məşqçi Andrey Korneenkov çıxıb. Çalışdırcı əvvəlcə bunları deyib: "İki fərqli hissə izlədik. İlk hissədə əlimizə düşən imkanlardan yararlana bilmədik. Əgər ilk hissədəki fürsətlərdən yararlansaydıq, ikinci yarıya daha rahat çıxacaqdıq. "Milsami" ilə oyunlar hər zaman sərt keçir. Futbolçularımıza fədəkarlıq etdiklərinə və keyfiyyətli oyun sərgilədiklərinə görə təşəkkür edirəm. Belə oyunlarda nəticə futboldan daha çox önəmli olur".

O, komandanın qrafikinin sıx olduğunu, ancaq buna hazırlaşdıqlarnı vurğulayıb: "Əlbəttə, çətin qrafikdə çalışırıq. Həm ölkə çempionatında, həm də avrokuboklarda iştirak edirik. İki cəbhədə mübarizə apardığımız üçün heyətdə rotasiyalar etməyə, bəzi futbolçulara istirahət verməyə çalışırıq".

Məşqçi Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri olan Azərbaycan çempionu "Qarabağ"la qarşılaşma haqda fikir bildirib: "Bəli, "Qarabağ"ı analiz etmişik. Ancaq "Milsami" ilə oyunumuz olduğu üçün "Qarabağ"la matça hazırlaşmamışıq. Məşqçilər "Qarabağ"la bağlı qeydlərini aparıblar. Bu gündən həmin oyunun hazırlıqlarına başalayacağıq və rəqib barədə uşaqlara məlumat verəcəyik".

Xəbər 3153 dəfə oxunub.




30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi


BÜTÜN XƏBƏRLƏR +