Dənizçilərin sənədləri saxtalaşdırılıb?
Müəllimlər Günü ilə bağlı XƏBƏRDARLIQ
Qızıldaşda keçmiş uşaq bağçası zibilxanaya çevrilib
Bu ərazilərdə qaz olmayacaq
Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?


23.09.2025  14:26 

Azərbaycanda innovasiya göstəriciləri ilə bağlı… - Ziddiyyətli mənzərə





A+  A-

“Ötən gün Bakıda keçirilən investisiya forumunda innovasiya və texnologiya sahəsində vəziyyətin yaxşı olduğu bildirilsə də, bir neçə gün öncə açıqlanan “Qlobal İnnovasiya İndeksi 2025” fərqli mənzərə ortaya qoyur. Hesabata görə, Azərbaycanın ən zəif göstəriciləri “Knowledge diffusion” (biliklərin yayılması) və “Knowledge absorption” (biliklərin mənimsənilməsi) sahələrindədir. Son iki ilin nəticələri göstərir ki, ölkə bu istiqamətlərdə dünyanın ən son sıralarında qərarlaşıb”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, bu göstərici ölkələrin bilik və texnologiyanı dünyaya necə ixrac etdiyini ölçür:

“Azərbaycan üzrə nəticələr belədir: 2024-cü ildə 119-cu yerdə idik, 2025-də isə 129-cu yerə enmişik (139 ölkə arasında). Yüksək texnologiya ixracından gəlir sıfıra düşüb. Yüksək texnologiyalı məhsulların ixracında 116-cı yerdəyik. İKT xidmətlərinin ixracında 108-ci yerdəyik”.

Onun fikrincə, bu nəticələr Azərbaycanın ixrac strukturunda hələ də xammal və ənənəvi məhsulların üstünlük təşkil etdiyini göstərir:

“Bu göstərici isə ölkələrin xaricdən gətirilən bilik və texnologiyaları necə mənimsədiyini əks etdirir. Azərbaycan üzrə nəticələr: 2024-cü ildə 130-cu yerdə idik, 2025-ci ildə 134-cü yerə düşmüşük. Xarici sərmayə axını mənfidədir: - 2.8 %. Yəni innovasiya sahəsinə kapital daxil olmur, əksinə çıxış var. Hesabat müəlliflərinin hesablamalarına görə, bu indeks Azərbaycanın ən zəif tərəfidir. Ölkə dünya üzrə axırdan 5-ci yeri tutur”.

O.Gündüz bildirib ki, Forumdakı açıqlamalar ziddiyyət təşkil edir:

“Maraqlıdır ki, investisiya forumunda bu sahədə vəziyyətin əla olduğu vurğulansa da, beynəlxalq hesabat tam əksini göstərir. Mütəxəssislər bildirirlər ki, digər istiqamətlərdə irəliləyiş olsa da, innovasiya ekosistemində ciddi geriləmə müşahidə olunur. Hesabatda qeyd olunur ki, Qazaxıstan, Gürcüstan, Ermənistan və Özbəkistan məhz bu sahələr üzrə Azərbaycandan daha yaxşı göstəricilərə malikdir. Hesabat hökumət və əlaqədar qurumlar tərəfindən ciddi şəkildə analiz olunmalı, Beynəlxalq Reytinqlər üzrə Komissiyada müzakirə edilməlidir. İT və innovasiya sahəsində ixracın stimullaşdırılması, xarici investisiyaların cəlbi, startapların və innovasiya ekosisteminin inkişafı üçün əlavə tədbirlər görülməsi vacibdir”.





Xəbər 512 dəfə oxunub.




24.09.2025  11:34 

Baş nazir QƏRAR İMZALADI

24.09.2025  10:43 

Bu ərazilərdə qaz olmayacaq

24.09.2025  10:41 

Xəzərdə zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +