Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə
“Rəvan Sığorta”nın vergi borcunu kim ödəyəcək?
İsa Həbibbəylinin rəis qızı işdən çıxarıldı
Pezeşkian Putinə “3+3” dialoq formatını təklif edib
Moskva, Kiyev və Vaşinqton... - Təmaslar davam edir
Rəqsanənin ərinə də cinayət işi açıldı
Anbarı yanan “Supertoys”un dövlətə bu qədər borcu var
Ukraynada hava həyəcanı: Ballistik təhlükə var


25.08.2025  12:08 

İran ələvi mövzusunda Türkiyəyə, gilək mövzusunda isə Azərbaycana qarşı... - Yeni cəbhə yaratmaq istəyir





A+  A-

Türkiyənin mətbuat sahəsinə rəhbərlikdə müəyyən dəyişikliklər baş verdi və bu dəyişikliklər özünü müsbət tərəfə göstərir. İranın Türkiyədəki media platformalarında geriləmələr var. Məhəmməd Acar “Böyük savaş” adlı media layihə ortaya qoyur. 12 günlük müharibədə İran tam qələbə qazandı, hər şeyi xırda detalına qədər izah edir. Anlaya bilmir ki, bu qələbədirsə izah etməyə ehtiyac yoxdur. Həm “Gündəm Fələstin”, həm də “Yaxından Türkiyə” verilişlərinin əvvəlki qədər mövzu seçimi azadlığı məhdudlaşıb. Anti-Türkiyə təbliğatda, yaxın müttəfiqi Azərbaycana qarşı ara qarışdırmaqda sərbəstlikləri yoxdur. Mövzunun mahiyyətini bir neçə dəfə gizlətməlidirlər, açıq ifadələrdən istifadə oluna bilməz.

“Gündəm Fələstin” verilişində bu özünü aydın göstərir. “Yaxından Türkiyə” verilişi bəlkə də süni intellektdən istifadə edir. “Böyük savaş” verilişinin loqosunda 3 portiret var:

1. İsrailin ilk hücumu zamanı şəhid olan İran Silahlı qüvvələrinin Baş Qərargahının rəisi Məhəmmədhüseyn Bagiri.

2. İsrail İran televiziyasının şüşəli binasına hücum edərkən canlı efirdə olan xanım.

3. Ali rəhbər S.Ə.Xameneinin portretləri. Ali rəhbərin azərbaycanlı olduğunu hamı bilir. M.Bagirinin də azərbaycanlı olduğu barədə ekspert cameəsində məlumat var. Çox az adam bilir ki, İran televiziyasının şüşəli binasına hücum zamanı canlı efirdə olan xanım da azərbaycanlıdır, əslən ərdəbillidir.

“Böyük savaş” verilişi guya təhtəlşüurda azərbaycançılığa bağlılığını göstərmək istəyir, amma reallıqda Türkiyə-Azərbaycan birliyinin, Azərbaycan dövlətinin əleyhinə təbliğat aparır. Türkiyədəki azərbaycanlıları Türkiyə hökumətinə qarşı qoymaq istiqamətində fəaliyyət göstərir.

İran mediaplatforma təmsilçilərinin birliyi şübhə doğurmur. Ona görə müəyyən mövzulara toxunmaması onların savadsızlığından deyil, siyasətindən irəli gələndir.

Misal, Ə.Vilayəti 1994-cü ilin mayın 18-də Qarabağ üzərində İran diplomatlarının təyyarəsinin vurulmasını təsdiq etmişdi. Söhbət onda deyil ki, bu mövzunu daimi gündəlikdə saxlayanlardan biri bizik. İran ümumiyyətlə Xocalı soyqırımını tam inkar edir. Şuşanın itirilmsində İran rəsmilərinin birbaşa rolu olub. Bunları Məhəmməd Acar, “Gündəm Fələstin”nin indiki və əvvəlki kollektivi bilməmiş deyil. Efirdə bütün bunlar görünmür. Çünki İran qarşısında konkret öhdəlikləri var.

Türkiyənin Prezident Administrasiyasının müdaxiləsinə cavab olaraq, İran artıq təbliğat üçün yeni metod ortaya qoyub. Orta əsrlərdə ələvilərin güclü olduğunu müasir ələvilərə yada salmaq istiqamətində iki film nümayiş olunur. Cabir ibn Həyyanın adı bütün şərqdə keçən alimdir və onunla bağlı filmdə ələvi kimliyini ön plana çıxarır. Digər filmdə də təxminən belə vəziyyət yaradır.

“Gilək qızı” adlı filmdə isə Gilək xanı ilə Qacarların arasında olan mübarizəni uydurur və ön plana çıxarır. Qacarların tabeçiliyində işləmiş və hesabına xeyli var-dövlət toplamış bu Tağı xan Gilana qayıtdıqdan sonra Qacarlarla işləməsini əcaib formada təqdim edir. Qacarlarla işləmək, birlikdə olmaq, il boyu oruc tutub, sonda iftarı it nəcisi ilə açmaq kimidir. Qacarların ünvanına digər təhqirli ifadələri var. Oxucuya daha da sadələşdirmək üçün bildirək ki, gilək indiki anlamda talış deməkdir və Qacarlar sülaləsi də azərbaycanlılardır. İran Azərbaycanlı-talış qarşıdurması yaratmaq istəyir. Özü orada talışlara mətbu orqanı da yarada bilər, onların dilində məktəb də aça, muxtariyyət də verə bilər. Bunlar onun ağlına gəlmir, amma talışı Azərbaycana qarşı qarşı qoymaq ağlına gəlir.

Çox diqqət çəkən digər məqam “Müqəddəs Hökmranlar” adlı filmin İranda çəkilməsi və onun ikinci dəfə nümayişinin başlanmasıdır. Təxminən bir il bundan da əvvəl o film nümayiş olundu. O zaman animasiya filmi Azərbaycan dilinə tərcümə etmişdilər. İndi fars dilində səsləndirirlər. Alt yazı ilə Azərbaycan dilinə tərcümə olunur. Maraqlıdır ki, İran özünü qədim sivilizasiya hesab edir.

İdarəçiliyindən, şahlarından film çəkmir. Mayya bütün dünyada bəlli olan ən qədim sivilizasiyadır. Dünya incəsənətinə, elminə töhfə olaraq Mayya sivilizasiyasının necə idarə olunduğuna da film həsr etmək olardı. Mayyadan sonra Misir sivilizasiyası bütün dünyanın qəbul etdiyi faktdır. Nəhayət, yunan sivilizasiyası indiki davranışın əsası hesab olunur. İran demokratiyadan danışır, ilk demokratik idarəçilik Yunanıstanda qoyulub. İcma və din prinsipləri də idarəçiliyində olub. Bunlara dair film çəkmir, guya özünə düşmən bildiyi yəhudiləri tərifləyən, təbliğ edən serial çəkir. İranın yəhudilərə yalvarmaq, barışmaq mesajı vermək haqqı var. Amma hər şeyi gizlətmək də mümkün deyil. Bir tərəfdən yəhudiləri təbliğ edir, digər tərəfdən yəhudilərə gedən yardımlar dayansın şüarını irəli sürür. Ərəb ekspertləri demiş, Qəzza zəlzələsi başladığı gündən bu günə qədər İran ərazisində Fələstinə olan dəstək aksiyalarında Yəməndə bir gün ərzində olan mitinq iştirakçılarının 14 qədər adam toplaşmayıb. İran Fələstinə neçə dəfə dəstək aksiyası keçirib və hansında nə qədər adam iştirak etdiyini nümayiş etdirə bilər.

Azərbaycan və Türkiyəyə qarşı müharibəyə hazırlaşmaq kursunu İran gorunur, ABŞ-a nümayiş etdirmək istəyir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 628 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb

25.08.2025  11:11 

Norveçin baş naziri Kiyevə gəlib

25.08.2025  10:35 

Vladimir Bazarov saxlanılıb

25.08.2025  10:25 

Bakı və Abşeron toza büründü


BÜTÜN XƏBƏRLƏR +