Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


08.12.2025  17:45 

Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır





A+  A-

Gömrük demək olar, hər zaman Azərbaycan iqtisadiyyatının, sahibkarların və adi vətəndaşların “yaralı yeri” olub. Son illərdə bu sahədə texniki baxımdan bəzi yeniliklər, irəliləyişlər olsa da, ümumilikdıə gömrük orqanının vətəndaşa, sahibkara baxış açısında ciddi dəyişiklik yoxdur. Yenə vətəndaş gömrük orqanından, gömrük isə vətəndaşdan narazıdır…

Sahibkarların gömrük orqanı ilə bağlı şikayətlərinə mediada və sosial şəbəkələrdə tez-tez rast gələ bilərsiniz. Son zamanlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi vətəndaşların da şikayətləri artıb. Bunu media işçiləri üçün təşkil olunan tur çərçivəsində Bakı Karqo Terminalında Logistika Mərkəzi Gömrük postunun rəisi Rövşən Mahmudzadə də jurnalistlərə etiraf edib.

Onun sözlərinə görə, Risk Analiz Sisteminin (ARAS) tətbiqindən sonra bu il dövlət büdcəsinə 300 min manatdan çox əlavə gömrük ödənişi daxil olub: “Ay ərzində yalnız bağlamalardan yarım milyon manatdan çox vəsait büdcəyə köçürülür. Gündəlik orta hesabla 20–25 min bağlama gömrük nəzarətindən keçirilir”.

Yəni, bu il gömrük yığımı üçün daha bir mənbədən istifadə olunub. Ancaq bu sistem gömrük rəisinin dediyi kimi, vətəndaşlarda narazılıq da yaradıb: “Bağlamalar daşıyıcı şirkətlər tərəfindən gömrüyə təqdim edilir. Səhv bəyanetmə hallarına ən çox qiymətin və mal sayının düzgün göstərilməməsi daxildir. Tez-tez rast gəlinən şikayətlərdən biri odur ki, vətəndaşlar məhsullarının gömrük işçiləri tərəfindən açıldığını, içindən nəsə götürüldüyünü və ya məhsulun zədələndiyini bildirirlər. Lakin vurğulamaq istəyirik ki, bu, gömrük əməkdaşları tərəfindən edilmir. Bağlama və ya mallar daşıyıcı şirkətin nümayəndəsi tərəfindən açılır, baxış keçirilir və daha sonra sərnişinə təhvil verilir. Gömrük işçiləri mallara əl vurmur. Yoxlama prosesi adətən xüsusi texniki aparat vasitəsilə həyata keçirilir”.

Göründüyü kimi, gömrük rəsmisi də vətəndaşın haqlı şikayətini etiraf edir. Bir yandan bağlama və mallara guya gömrük orqanının əl vurmadığını deyir, digər yandan isə bu mallara toxunulduğu barədə şikayətlərin çoxaldığını bildirir və günahı daşıyıcı şirkətin üstünə atır. Təbii ki, şirkət də günahı gömrüyün üstünə atacaq. Beləliklə, vətəndaş ortalıqda qalır və haqqını kimdən tələb etməli olduğunu bilmir…

Təbii ki, gömrükdən şikayətlər təkcə bununla bitmir, laboratoriya yoxlamaları adı altında “pul tələsi”ndən avtomobil idxalı zamanı brokerlərin vasitəsilə baş verən gömrük özbaşınalıqalrına qədər xeyli sayda çatışmazlıq və şikayətlər var.

Ancaq bunlara baxmayaraq, əksinə, DGK sədri də vətəndaşlardan şikayət edir. Komitənin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib ki, bəzi Azərbaycan vətəndaşları vəsaitlərini xaricdə xərcləməyə hazırdır, amma məhsulların bəyan edilməsində kənarlaşmaya cəhd göstərirlər: "Əgər məhsullar bəyan edilərsə, heç bir problem yaşanmayacaq. Azərbaycana hər hansı bir əşyanın, geyim, telefon, mobil cihazlar və yaxud digər əşyaların gətirilməsinə (qanunlarla qadağan olunmuş əşyalardan başqa da) heç bir məhdudiyyət yoxdur. Sadəcə bunun prosedur qaydaları var. Onları bəyan etmək və gömrük ödənişlərini ödəmək lazımdır".

Göründüyü kimi, “tərəflər” bir-birindən narazıdır. Lakin bütün bunların fonunda, gömrükdəki nəzarətin sərtləşməsinə, daha çox gömrük rüsumu toplanmaslı üçün yeni mənbələr cəlb edilməsinə baxmayaraq, dövlət büdsəsində göstərilən gömrük planı doldurulmur. Belə ki, rəsmi statistikaya görə, 2025-ci ilin 11 ayında (yanvar-noyabr) Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 752,2 milyon manat təşkil edərək proqnoza qarşı 96,6 faiz (proqnozdan 3,4% bəndi az) icra olunub. Dekabr ayında vəziyyətin nə dərəcədə düzəlib-düzəlməyəcəyini bilmirik.

Ancaq bir şey dəqiqdir ki, ölkədə aparılan ümumi iqtisadi siyasət heç də işgüzar aktivliyi artırmır, biznes mühitini inkişaf etdirmir və bu da həm ÜDM-in, həm də gömrük daxilolmaları da daxil ümumilikdə büdcə gəlirlərinin artmasına xidmət etmir.

C.Məmmədli
“AzPolitika.info”

Xəbər 135 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +