Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi
Məhrum edilən uşaqlar, unudulan dəyərlər
220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir


23.09.2025  12:21 

Ağalarovların əmlakının müsadirəsi tələb edilir





A+  A-

Rusiyada “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işində zərərçəkmişlər “Crocus Group”un sahibləri Araz və Emin Ağalarovların əmlakının müsadirə edilməsini tələb edirlər.

XəzərNews.az Rusiya KİV-ə istinadən xəbər verir ki, vəkillər bu tələbi hadisə zamanı təhlükəsizlik sistemlərinin – yanğınsöndürmə, giriş-çıxış nəzarəti, təxliyə qapılarının açılması kimi mexanizmlərin – işləməməsi ilə əsaslandırıblar. Həmin sistemlərə cavabdeh strukturlardan biri Ağalarovlara məxsus “Crocus” şirkətidir.

“Rusiya İstintaq Komitəsindən xahiş edirik ki, “Crocus Group” şirkətinin, ‘Crocus” ASC-nin, “Crocus Profi” mühafizə şirkətinin, həmçinin “Crocus International”un sahiblərinin əmlakına təcili şəkildə həbs qoyulsun. Bu, Rusiya Cinayət Məcəlləsinin 238.3-cü maddəsi (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi və ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) üzrə iş çərçivəsində zərərçəkmişlərin hüquqlarını təmin etmək məqsədi daşıyır”, - deyə Zərərçəkmişlərin vəkili İqor Trunov bildirib.

Onun sözlərinə görə, vəsatət artıq qəbul olunub. Bildirilib ki, Ağalarovların əmlakına mümkün qədər tez həbs qoyulmalıdır, çünki əmlakın xaricə çıxarılması ehtimalı var.

Rusiyanın “RBK” nəşri Ağalarovlara məsələ ilə bağlı şərh üçün sorğu ünvanlayıb.

Qeyd edək ki, Araz Ağalarov terror aktı ilə bağlı heç bir məhkəmə prosesində təqsirləndirilən şəxs qismində çıxış etmir.

Xəbər 706 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +