Hikmət Hacıyev ABŞ-da... - Görüşlər keçirir
Bu, müharibə aktıdır - Co Vilson
Dünyada daha bir eskalasiya baş verdi - Zelenski
Vilayət Eyvazov Ansaqan Baltabekovu qəvul edib
Polşa səmasında Rusiya PUA-ları vurulub
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib


09.09.2025  19:39 

“Abzas Media“ işi: Şikayətlər təmin edilmədi





A+  A-

"Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər - Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadənin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onların barəsində olan hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

Qərara əsasən, şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Həsənli 9, Sevinc Vaqifqızı (Abbasova) 9, Məhəmməd Kekalov 7 il 6 ay, Nərgiz Absalamova 8, Hafiz Babalı 9, Elnarə Qasımova 8, Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, 2023-cü il noyabrın 21-də "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

Xəbər 1004 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +