Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


05.12.2025  18:40 

Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO





A+  A-

“BakuBus” şirkətinin balansındakı avtobusların bir qismi rəhbərlik tərəfindən ehtiyat hissələri ilə təmin olunmadığı üçün xəttə buraxılmır.

Bu iddia ilə özünü 13 nömrəli avtobusun sürücüsü kimi təqdim edən Babək adlı şəxs çıxış edib.

Videomüraciət yayan sürücünün sözlərinə görə, ehtiyat hissələrinin çatışmazlığı səbəbindən bir çox avtobuslar qarajda istifadəyə yararsız vəziyyətdə saxlanılır. Nəticədə marşrutlarda gecikmələr yaranır və nəqliyyatda sıxlıq müşahidə olunur.

O vurğulayıb ki, avtobusların gecikməsi ilə bağlı narazılıqlara görə sürücülərin heç bir günahı yoxdur:

“Səbəbkar “BakuBus” şirkətidir, birbaşa rəhbərliyin özüdür. Mənim burdan sözüm Depo-1-in müdiri Ceyhun müəllimədir. Ceyhun müəllim, mən sizin yanınızda neçə dəfə olub dərdimi, problemimi demişəm ki, biz bu əziyyətləri çəkirik, siz heç bir tədbir görmürsüz. Mən artıq məcburam ki, sözümü sizə sosial şəbəkə vasitəsilə çatdırım. Yəni siz sürücülərlə sərnişinləri üz-üzə qoymusunuz. Halbuki sürücünün heç bir günahı yoxdur. Siz avtobusu ehtiyat hissələri ilə təmin edə bilmirsiz. Hazırda avtobusların 30-40-ı qarajdadır. 2020-ci, 2022-ci, 2023-cü ilin təzə avtobuslarıdır. Ehtiyat hissələrinin çatışmazlığına görə həmin avtobuslar qalıb qarajın həyətində, xəttə buraxılmır”.



Sürücü iddia edir ki, xəttə buraxılan avtobusların da bir hissəsi gün ərzində yollarda sıradan çıxır:

“Qarajda gündə 400 avtobus çıxışı varsa, onun 70-80-ni yollarda xarab olur. Dünən özüm şəxsən 120 nömrəli marşrutu 50 dəqiqə gözləmişəm ki, evimə gəlim. 10-15 nəfər işçilər qalmışıq “BakuBus” şirkətinin qarşısında. Gözləmişik ki, haçansa avtobus gələcək, biz minib evimizə gedəcəyik. Yəni artıq vəziyyət o dərəcəyə çatdı, mən mexanikə yığdım ki, bu 120 olmayacaq, biz 50 dəqiqədir şirkətin qabağındayıq. Deyir, yox, olmayacaq.Necə olmayacaq? Sonra üstündən bir 10 dəqiqə də keçib, 120 gəlib, amma minmək mümkün deyil. Daha birtəhər mindik, minməsəydik ondan yaxşı idi. Dünən 3-4 avtobus sürücüsünün gecə maşınları olmayıb ki, camaatı 28 MaydanHövsana aparsın. Yəni xarabdır, avtobuslar işləmir. Bu haçana qədər belə davam edəcək? Niyə bu barədə tədbir görmürsüz? Ancaq onu bilirsiz ki, qəşəng bir ön şüşə sınsın, sürücüyə 5 min yükləyəsiz, güzgü, sınsın 2000-2500 yükləyəsiz. Sürücüləri yükləyə bilirsiz, amma ictimai nəqliyyatı, avtobusları düzəldib xəttə buraxa bilmirsiz. Niyə? Nə vaxta qədər sürücülər əziyyət çəkəcək?”.

Sürücü bildirir ki, video yayımladığı üçün ona təzyiqlər edilir:

“Video çəkib paylaşanda da tez məni çağırırsız ki, sən videonu silməsən, işdən çıxardacam. Məni niyə çıxardırsan işdən? Məni işdən çıxarmaqla hədə-qorxu gəlməyin e, ictimai nəqliyyata əl gəzdirin".

İddialarla bağlı “BakuBus”şirkəti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Əsmər Əliyeva Bakupost.az -a açıqlamasında bildirib ki, qeyd olunan videogörüntü hazırda araşdırılır:

“Araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun olaraq əlavə məlumat təqdim ediləcəkdir”./Bakupost.az


Xəbər 32 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +