Məşhur karaoke klubu bağlandı
Ata intihar edib, əlil qızı da aclıqdan ölüb
Arif Babayev vəfat etdi
Rusiya-Gürcüstan sərhədi bağlandı
Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi


31.07.2025  14:30 

“Araz koridoru”nun yüz illik icarəsi “Tramp koridoru”na ehtiyacı aradan qaldırır





A+  A-

İran Zəngəzur koridorundan ötrü mövqeyini xeyli sərtləşdirir, “müharibə müharibə” deyir. İranın fəaliyyəti “güc varsa, ağıl lazım deyil” prinsipi bir daha sübut olunur. İran bütün qonşuları ilə müharibə vəziyyətindədir, xüsusilə Türkiyə və Azərbaycanla İranın siyasətində aparıcı element türkiyəfobiyadır. Fürsət axtarmaqla məşğuldur. İran bilərəkdən Zəngəzur koridoru bəhanəsi ilə qonşularla müharibə etmək istəyir və ya Zəngəzur koridoru İranın daxilində hakimiyyətdaxili proseslərə təsir edən parametrdir. Onu da qeyd edim ki, İranda həmişə orijinal müxalifətçilik olub.

Zəngəzur koridoru İranın imkanı daxilində deyil

İran Zəngəzur koridorunun çəkilməsini yubadıb və çoxsaylı imkandan istifadə etməyib və ya edə bilməyib. Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən az sonra Şimal-Cənub marşrutunun Astaradan keçməsini gündəliyə gətirdi. Buna çox müxtəlif aspektlərdən yanaşmaq olar. Çünki Moskva “Beynəlxalq Nəqliyyat Koridoru” ideyasını ortaya qoyarkən, keçmiş Moskva-Tehran dəmir yolunu nəzərdə tutmuşdu. O zaman bu Azərbaycan torpağı və mülkiyyəti erməni işğalında idi. Həm beynəlxalq layihədən kənarda qalmamaq, həm də Azərbaycanın ermənilərlə sülhə getmək təzyiqlərindən qaçmaqdan ötrü Prezident İlham Əliyev Astara yolunu seçdi. Bu məsələnin ayrı təfərrüatları da var. Azərbaycan razılıq verdikdən qısa müddət ərzində İran Şimal-Cənub marşrutu üzrə təzyiq variantları hazırladı. Bu gün də yeni təzyiq variantları hazırlayır və reallaşdırır.

Rəşt-Astara dəmir yolu İranda yalnız yeni rəhbərliyin dövründə çəkilə bilər. Bunun başqa variantı yoxdur. İran Rusiya ilə arasında tək dəmir yolu layihəsinə deyil, yeni ortalığa qoyulan qaz kəməri layihəsinə də bəhanələr düzəldir. İranın anti-Rusiya ideyalarını İran pulunun hesabına RF-in daxilində oturan rəsmilər və tanınmış mütəxəssislər reallaşdırırlar.



İran prezidentlərinin müəyyən bir qrupunun Azərbaycan istiqamətində ağıllı siyasəti olub. Azərbaycan Qəzvin-Rəşt dəmir yolunun tikintisini maliyyələşdirdi və bu yol tikildi. Sonradan İran yenidən Şimal-Cənub dəmir yolunu Ermənistan ərazisindən çəkəcəyini bildirdi. Ermənistan ona arxayın oldu və BƏƏ-də qeydiyyatdan keçmiş Rasia FZE ilə bu dəmir yolunun layihələşdirilməsini hazırlamaqla bağlı müqavilə imzaladı. Rasia FZE ilə Ermənistan hökuməti arasında dəmir yolu ilə bağlı məsələdə indiyə qədər məhkəmə çəkişmələri gedir. İranın gücü çatmadı, yalnız Ermənistan sərhədindən İranın içərisinə qədər olan 60 km-lik yolu çəkə biləcəyini bildirdi. Ermənistanın İrana o layihə ilə bağlı inamı hədsiz çox böyük idi. 2014-cü ildə o zamankı prezident S.Sərkisyan Ufada (Başqırdıstan) AİB, ŞƏT və bir neçə qurumun birgə sammitində özünü İranın məmuru kimi apardı. Amma İranın bunu reallaşdırmağa pulu olmadı.

Hamburq-Tehran multimodal daşımaların sınağını keçirdi. Bu da vaxt və tarif baxımından uğurlu olmadı. Təbriz-Ərdəbil-Parsabad-İmişli-Gəncə-Gürcüstan avtomobil yolu isə çox uğurla sınaqdan keçdi. Buna baxmayaraq İran səfiri iddia etdi ki, Hamburq-Tehran marşrutu uğurlu olub.

İranın nəinki Zəngəzur koridorunu çəkməyə gücü yoxdur, hətta gücsüzlüyünü qonşu dövlətlərə qarşı müharibəyə çevirmək istəyir. Çünki “Tramp koridoru” məhz İranın bu cür yubatmalarının nəticəsidir. Bu kontekstdən birmənalı qeyd etmək olar ki, İranın Fars körfəzi-Qara dəniz layihəsi də alınmayacaq. Çünki Zəngəzur koridoru onun tərkib hissəsidir. İranın Ermənistan və Azərbaycanla olan münasibətlərində tutduğu savadsız, elmi əsası olmayan mövqeyi artıq digər istiqamətdə Ermənistan üçün fəsad yaratmağa başlayıb. Bu fəsad İrana da zərbə vura bilər.

Söhbət Gürcüstanın mövqeyindən gedir.

Ermənistanla Gürcüstan arasında böyük problem

Ermənistan indi Gürcüstan tərəfindən də izolyasiya vəziyyətindədir. Əvvəl Gürcüstan-Ermənistan yolu beynəlxalq aləmdə çox etibarlı hesab olunurdu. İndi İranın Azərbaycandan kənar keçməklə “Cənubi Qafqaz koridoru” ideyası Ermənistanla Gürcüstan arasında böyük problem yaradıb. M.Sübhaninin təklifi ilə Ermənistan parlamentinin spikeri A.Simonyan Gürcüstanın Telavi şəhərində parlamentin spikeri Ş.Papuaşvili ilə bu mövzunu müzakirə etdi. Gürcüstan anlaya bilmir ki, niyə görə Gürcüstan Azərbaycanın olmadığı, əleyhinə olan variantda iştirak etməlidir. Gürcüstana çatmır ki, İran-Azərbaycan qaz kəməri Qazax rayonunda dayanıb, İran o kəmərlə qazı ötürmür, pulu olmadan əlavə Ermənistandan Gürcüstana doğru qaz kəməri çəkir. İran sərhədindən Gürcüstana qədər Azərbaycan ərazisindən keçən avtomobil yolları çox yaxşı, dəmir yolu işlək vəziyyətdədir. Niyə görə bu kommunikasiyalar mövcud olduğu halda İran istifadə etmir, Ermənistan ərazisindən əlavə kommunikasiya tikmək istəyir.



Gürcüstan-Azərbaycan münasibətləri regionumuzun bəlkə də ən möcüzəli münasibətləridir. Təkcə Ermənistan və Gürcüstanın müxtəlif geosiyasi qütblərdə olmasından getmir. Gürcüstan həmişə Qərbin təsir zonası olub, bundan da sonra təsir zonası olacaq. Ortada indi baş verənlər B.İvanişviliyə görədir. B.İvanişvilinin pulunu artıq ABŞ tükədib. Onun varidadı 7 milyard dollardan təxminən 2,5 milyard dollara qədər azalıb. Gec-tez B.İvanişvili qərar qəbul etməlidir. Pulunun müəyyən miqdarını qaytarmaqla ola bilər hakimiyyətdən getsin. Əgər B.İvanişvilinin pulu ilə bağlı indi baş verənlər davam edərsə, o zaman B.İvanişvili özü üçün komanda saxlaya bilməyəcək. B.İvanişvilinin komandası möhkəmdir, yaxşıdır, pul sxemi üzərində qurulub. Tək Ermənistanla Gürcüstanın müxtəlif geosiyasi müstəvilərdə olması deyil. Əlbəttə, Ermənistan da İranın kommunikasiyalarına icazə versə, Gürcüstana Avropa və Qərb İranla əməkdaşlığı qadağan edəcək. Hazırda Gürcüstana Qərbin tutduğu iradlardan biri onun İranla əlaqələridir.

Gürcüstan-Azərbaycan münasibətlərinin spesifikliyini Ermənistan nəzərə almadı. Bugünkü Tbilisinin siyasəti Ermənistanı elə hala salmaqdır ki, o Gürcüstanın qabağına anti-Azərbaycan layihə qoya, ideya irəli sürə bilməsin. İndi heç bir erməni məhsulu Gürcüstan ərazisindən normal şəraitdə keçə bilmir. Gömrük, sərhəd qurumları yoxlamaların müddətini xeyli uzadır.

Gürcüstan-Azərbaycan münasibətlərində ibrətamiz tarix

Gürcüstan-Azərbaycan münasibətlərinin ibrətamiz tarixi olub. E.Şevardnadze Gürcüstanda hakimiyyətdə idi və Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndə E.Şevardnadzenin vəziyyəti o qədər də yaxşı deyildi. E.Şevardnadze həmin dövrdə Gürcüstanda vəziyyəti düzəldə bilmirdi. O zaman tədbirdə iştirak edən “Sovet Gürcüstanı” qəzetinin jurnalisti E.Şevardnadzeyə sual verir ki, “Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlib, siz necə görürsünüz”.

E.Şevardnadzenin bəlkə də bir az da qanı qaralır və aydın cavab verə bilmir. Ulu Öndər Heydər Əliyev E.Şevardnadzeni qəbul edərmi?



Tarixə ekskurs edək.

E.Şevardnadze Sovet İttifaqı Mərkəzi Komitəsinin büro üzvü idi, SSRİ xarici işlər naziri idi. İlham Əliyevin müəllim işlədiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu da SSRİ Xarici İşlər Nazirliyinə tabe idi. M.Qorbaçov Ulu Öndər Heydər Əliyevlə intriqa aparırdı. Bu zaman M.Qorbaçov E.Şevardnadzeyə İlham Əliyevi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda işdən azad etməyi əmr edir. E.Şevardnadze M.Qorbaçovla bunu yola qoya bilərdi. İ.Əliyevin institutda vəzifəsini dəyişməklə, XİN-ə keçirməklə də vəziyyəti yumuşalda bilərdi.

Şevardnadze heç bir variantı nəzərə almadan İ.Əliyevi işdən çıxartdı. Bu təbii ki, Ulu Öndər H.Əliyevə görə idi. E.Şevardnadzenin mətbuat konfransında Ulu Öndər H.Əliyevə dediyi söz o zaman Gürcüstan mətbuatında getməmişdi, ayrı variantda getmişdi. Şevardnadzenin fikri olduğu kimi Ulu Öndər H.Əliyevə çatdırıldı. Ulu Öndər Şevardnadzenin İlham Əliyevin işdən çıxarılmasını unutdu. Bizim də dövlətimiz o zaman ağır vəziyyətdə idi. Dövlətçilik naminə E.Şevardnadzenin günahından keçdi.

Azərbaycan-Gürcüstan münasibətləri Ulu Öndərin dövründə tam ciddi, güclü relsin üstünə qoyuldu və bu gün də o rels üstündədir. Hətta E.Şevardnadze xaricdən qonağı gələndə Şəmkirin icra başçısına (mərhum Aslan Aslanova – müəllif) zəng edərdi ki, qonağım gəlib. Şəmkirdən dərhal bir Volqa maşını mer-meyvə, ət və ərzaq məhsulları E.Şevardnadze üçün gedərdi. Bu 1-2 dəfə olmayıb, dəfələrlə təkrarlanıb.

Prezident İlham Əliyevin Gürcüstana münasibətinə də bu kontekstdən yanaşmaq lazımdır. Azərbaycanda səslənən fikirləri kənara qoyuram. M.Saakaşvili və digər gürcü rəsmilərinin Azərbaycanla bağlı dediyi fikirlər var. Təbii fəlakət olan zaman Gürcüstan Azərbaycana dəvət müraciəti hazırlayana qədər Azərbaycanın işçi qüvvəsi, texnikası və rəsmiləri Gürcüstan ərazisində təbii fəlakətin başının üstünü almışdı. Gürcüstanda qəza nəticəsində elektrik enerjisi kəsilib. M.Saakaşvili deyirdi ki, Azərbaycan öz əhalisini elektriksiz, qazsız qoyub, Gürcüstana qaz verib.

Hazırda Qərbin Gürcüstana artan təzyiqi fonunda Gürcüstanın yanında olan dövlət yalnız Azərbaycandır. Ona görə də Gürcüstanda seçilən və ya təyin olunan rəsmi ilk səfərini Bakıya etməli və İlham Əliyevdən də xeyir-dua almalıdır.

Putin Azərbaycan dövlətçiliyinə qeyri-ciddi münasibət göstərdi

İndi də Prezident İlham Əliyev Ulu Öndərin tək bioloji deyil, siyasi və dövlətçilik prizmasından da varisidir. Bu gün Prezident İlham Əliyevin V.Putinlə arasında olan gərginlikdə heç bir şəxsi məsələ yoxdur. Rəsmi versiyamız budur: AZAL-ın təyyarəsi vurulub, Azərbaycan vətəndaşları öldürülüb. Buna V.Putin cavab verməlidir. BRİKS versiyasını da götürsək, V.Putin Azərbaycan dövlətçiliyinə qeyri-ciddi münasibət göstərdi. BRİKS-ə üzv olmaq üçün Azərbaycandan ərizə aldı, sonradan bu vədini yerinə yetirmədi, lazımi izahı da vermədi. İndi Prezident İlham Əliyev məhz dövlətçilikdən ötrü bu işi görür.



İlham Əliyev “Rosneft”in o vaxtkı milliyyətcə inquş olan sədri M.Qutseriyevin oğlu ilə Bakıda vidalaşmasına məhz dövlətçilik prizmasından şərait yaratmışdı. Çünki M.Qutseriyevin oğlu Moskvada avtomobil qəzasında V.Putinin göstərişi ilə öldürüldüyü deyilirdi. M.Qutseriyev “Rosneft” sözündən imtina edib, onu İ.Seçinə verməli idi.

İran əgər müharibə istəyirsə...

İran-Ermənistan yük daşımaları kommunikasiyalarından siyasi, iqtisadi və logistika baxımından Azərbaycandan keçən daşımalar Gürcüstan üçün daha faydalıdır. İran bunu başa düşmür, bilmir.

İran əgər müharibə istəyirsə proseslərin bu istiqamətdə davamı elə müharibəyə tərəf gedir. Bu müharibənin şəksiz məğlubu İran olacaq. İran bilir ki, Rusiya Gümrüyə hərbi texnika yığır. Bu, İranın təxribatlarının qarşısını almaqdan ötrüdür. Rusiya artıq Xəzər dənizində hərbi atışları ilə Gilan RLS-nin mövcudluğuna da reaksiya verdi.



Yaranmış vəziyyətin çox asan həlli var. Bu İranın ərazisi ilə Azərbaycanın əsas ərazisindən Naxçıvana doğru çəkdiyi avtomobil yoludur, səhv etmirəmsə onun yanında dəmir yolu da tikilməyə başlayıb. İran “Tramp koridoru”nu səmərəsiz etmək, Zəngəzur koridoru ilə bağlı əlavə vaxt qazanmaq üçün mütləq Azərbaycanın tikdiyi yolu İran ərazisindən keçən 60 km hissəni Azərbaycana yüz illik icarəyə verməlidir. Bununla da “Tramp koridoru” anlayışı sıradan çıxır.

Azərbaycana icarəyə verilməsi ona görə lazımdır ki, o yolun sahibi tam Azərbaycan olmalıdır. Qərbin yükləri, sərnişinləri İran ərazisindən keçib Naxçıvana və ya Naxçıvandan Bakıya İranın qorxusundan hərəkət etməyəcəklər. Əks-təqdirdə İranın bugünkü siyasəti onun çox böyük ərazi itkisinə səbəb olacaq.

Yəni İran Zəngəzurdan 300-400 km uzaqda dayansa daha yaxşıdır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq





Xəbər 627 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı

01.08.2025  11:08 

Alimə yüksək vəzifə verildi

01.08.2025  09:14 

Cəlilabadda yük avtomobili aşıb

01.08.2025  09:02 

Arif Babayev vəfat etdi

31.07.2025  17:47 

Füzulidə ağır qəza baş verib

31.07.2025  15:58 

Sabiq prokuror vəfat etdi

31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi


BÜTÜN XƏBƏRLƏR +