Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


07.12.2021  13:58 

1300 nəfər avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib





A+  A-

Cari ilin 11 ayı ərzində paytaxt ərazisində nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edilməsi ilə bağlı 1300-ə yaxın fakt aşkarlanaraq inzibati tənbeh tədbirləri seçilib.
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli AZƏRTAC-a deyib.

O bildirib ki, avtomobilləri sürücülük hüququ olmadan idarə edən şəxslər tərəfindən törədilən 39 yol-nəqliyyat hadisəsi nəticəsində 18 nəfər həlak olub, 29 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təbii ki, bu cür hadisələrin qarşısının alınması üçün hər bir şəxsin məsuliyyətini dərk etməsi önəmlidir. Məsuliyyətsizlik edərək sürücülük hüququ olmadan avtomobil idarə etmək inzibati məsuliyyət yaradırsa, bu vəziyyət cinayət tərkibi yaradan yol-nəqliyyat hadisələrində şəxsin birbaşa təqsirli hesab olunması üçün əsas yaradan hallardan biri kimi qiymətləndirilir.

“Vətəndaşlarımızdan yol hərəkəti qaydalarına ciddi yanaşmağı, sürücülük hüququ olmadan avtomobil idarə etməyin ağır nəticələrə səbəb olduğunu nəzərə alıb, bu qanunsuz əməldən çəkinməyi xahiş edirik”, - deyə A.Əsgərli vurğulayıb.

Xəbər 2872 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +