30.06.2025 15:20
İranın "qalay əsgərləri" Azərbaycandan uçan PUA ları görə bilməz - Mübariz Əhmədoğlu
"İsrailin İrana qarşı hərbi əməliyyatları dövründə və hərbi əməliyyatlar bitdikdən sonra İran əsasən Azərbaycanın İsrailə kömək etdiyi üstündə fokslanıb. Təbrizə qırıcıların və dronların hücumu Azərbaycan vasitəsilə reallaşdırılıb. İsrail qırıcıları Azərbaycanın benzinindən istifadə edib. Sonradan “Təbriz” sözünü gündəlikdən çıxardılar. İndi də “Kərəc və Tehrana olunan hücumlar Azərbaycan Respublikasının ərazisindən reallaşdırılıb” klişesi işə salınıb".
Bu barədə açıqlamanı XəzərNews.az-ın redaksiyasında keçirdiyi brifinqdə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbıri, politoloq Mübariz Əhmədoğlu verib.
M.Əhmədoğlu bildirib ki, son məlumata görə, Zəngilandan atılan PUA-nı İranın adi vətəndaşı güllə ilə vurub, məhv edib, ona görə hədəfə dəyməyib:
"Bu əlbəttə İranın xəstə düşüncəli siyasətçilərinin mifologiyasıdır və ilk növbədə İran özünə zərbədir. Əgər İranın Azərbaycanla sərhəddə 100 minlik qoşunu yerləşibsə və onun sağından, solundan, şərqindən, şimalından keçən qırıcıları, PUA-ları görə və neytrallaşdıra bilmirsə, sadəcə bu hərbi qüvvə deyil. Qərb mətbuatında “qalay əsgər” termini var, “qalay əsgərdir”. Əgər lazımi keyfiyyətdə olan hərbçilərdirsə İran sərhədini Azərbaycan tərəfindən heç nə keçməyib".
Politoloq qeyd edib ki, yeri gəlmişkən İran 2019 cu ildən belədir:
"O vaxt Natanza uçan PUA-nın buraxılış məkanın müəyyən edə bilmədilər. Ərəb və ya Türkmənistan tərəfdən gəldiyi barədə konsensus qərara gələ bilmədilər. Nəticədə Azərbaycandan buraxıldığının üstündə dayandılar. O PUA-nın uçuş resursu 700 km-idi. Azərbaycanın Naxçıvan və Lənkəran ərazilərindən Natanza məsafə isə 860 km-dir. Ona görə Ali rəhbər ətrafına 5-6 savadlı adam yığsa çox yaxşı olardı".
Azərbaycanla sərhəddə 100 minlik qoşunu İsrailin İranın daxilindəki fəaliyyətinə maneə yarada bilərdi
M.Əhmədoğlu vurğulayıb ki, Moskvada yaşayan Sepahın sözçüsü, iranşünas, milliyyətcə erməni Karine Gevorkyan İranın iştirakı ilə Rusiya-Ermənistan-İran proseslərinin gərgin dövründə Yerevana gəldi və mətbuatda aktiv fəaliyyət göstərir, bir sıra analitik proqramlarda iştirak etdi, mətbuata açıqlamalar verdi:
"Onun verdiyi açıqlamalardan biri İranın Azərbaycan və Ermənistanla sərhəddə 100 minlik qoşun saxlamasıdır. Bunun da 40 mini Sepaha məxsusdur. İranın 100 minlik bu ordusu şəhərlərində yerləşdirilsəydi, İsrail İranın hərbi hissələrinin təsirini bilir və buna görə belə açıq İranın daxilində casus bazaları, PUA zavodları, istehsal olunan PUA-ların paylanma mərkəzləri, İran vətəndaşlarını casusluğa cəlb etmək işini bu qədər asanlıqla reallaşdıra bilməzdi".
M.Əhmədoğlu qeyd edib ki, müəyyən qədər maneçilik yarana bilərdi:
"İran üçün İsraildən daha böyük təhlükə Ermənistana yaranan təhlükədir. Azərbaycan və Türkiyə Zəngəzur koridorunu işğal edəcəklər, İran Ermənistanda Rusiyasız Cənubi Qafqaz siyasətini reallaşdırmaq niyyətində idi. Məhz bu məqsədlə qoşunlarını İranın sərhədinə çıxartdı və nəticədə dünyada İran ən rüsvayçı məğlub oldu. Rüsvayçılığına görə o məğlubiyyət dünya tarixinə düşən hadisədir".
Politoloqun sözlərinə görə, İranın hərbi qüvvələri başqa istiqamətdə də ABŞ və İsrailin vurduğu zərbələrdən sonra dağıntıları aradan qaldırma işinə cəlb oluna bilərdi:
"Onu da etmədilər. Ermənistanda Azərbaycanla sərhəddə Azərbaycana qarşı hərbi əməliyyat təxribatı hazırlayıb, müharibəyə başlamaq istəyirdilər".
Gilandakı RLS-in İsrailin nəzarətinə keçməsinə RF dözə bilməz
M.Əhmədoğlu bildirib ki, İsrailin İrana hücumunda diqqətdən kənarda qalan 2 məqam var:
"Əslində İranın daxilində bir coğrafiya ilə bağlıdır. Bu İsrailin Gilan regionuna etdiyi hücumlardır, Rəşt şəhərinə bir neçə dəfə bomba atmasıdır. Rəşt Azərbaycan, Rusiya ictimai şüurunda Şimal-Cənub dəmir yolunun tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu kimi xarakterizə olunur. Bu, Rusiya üçün mühümdür. Çünki Qərbin təzyiqindən yayınmaq üçün İran kommunikasiyalarını Hind Okeanına çatdırmalıdır".
Politoloq əlavə edib ki, Gilanda İran 800 km məsafəni izləməyi bacaran 4 radiolokasiya qurğusu quraşdırıb:
"Əlbəttə, Təbrizin yaxınlığında Azərşəhrdə quraşdırılan RLS-dən sonra bu RLS-in mənası aydın deyildi.
Gilanda Xəzərin sahilindəki meşələrdə quraşdırılan 4 radiolokasiya sistemi Rusiyanın daxilini 700 km görə bilir. İndi RF təsəvvür edir ki, İran İsrailə qalib gələ bilməyib. İranın hava məkanı və Gilanda da hava məkanı İsrailin nəzarəti altındadır. İsrail yaxında hərbi əməliyyatlar keçirib, Gilanda radiolokasiya sistemini ələ keçirə bilər. İsrail Rusiyanın daxilini görmək imkanını əldə edir. Bu İsrail üçün böyük nemətdir, Rusiyaya isə fantastik faciəlidir. Rəşt-Astaranın da İsrailin nəzarətinə keçməsi Rusiya üçün əlavə risklər yaradır. Əsas vurğu Gilanda 4 radiolokasiya qurğusunun İsrailin nəzarətinə keçməsidir. İran əgər bu radiolokasiya sistemlərini, Rusiya ilə yaxınlarda münasibətlərini neytrallaşdırmasa RF təcili həmin stansiyaları dağıdacaq, bəlkə də İranın şimalını öz nəzarəti altına keçirdib, İranın Gilandan başlamış Ərdəbil, Şərqi və Qərbi Azərbaycan vasitəsilə İraq sərhədinə çıxıb, oradan da Suriyadakı bazalarına yol aça bilər. Bu İranın şimal ərazilərini itirməsi anlamındadır. Yüngül halda İran həmin ərazilərin üzərində suverenliyini itirəcəkdir.
İranın kütbaş siyasətçiləri bunu görmək imkanından məhrumdurlar. Ancaq Azərbaycana nifrət onların beynini idarə edir. İran şimalını Rusiyanın nəzarətinə keçməsinə hazırlaşmalıdır".
Xəbər 706 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|