Bakıda hava yağmursuz keçəcək - Sabah
Əjdər Olun kassasiya şikayətinə baxılıb
Prezidentimizə eşq olsun... - Aqil Abbas
Xəstə uşaq şəkli ilə 200 min manat yığdı - VİDEO
Tramp Putinlə “sülh planı“nı müzakirə edib
Maskın sərvəti 600 milyard dolları keçdi
İran: Qazaxıstanla yeni əlaqə və Ermənistanın ümidlənməsi
Ceyhun Ələkbərov şöbə müdüri təyin olunub
Tovuzda 14 yaşlı qızın toyunun qarşısı alındı
Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi...


15.12.2025  16:33 

Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu





A+  A-

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) keçirdiyi tender müsabiqəsinin qalibi “Diler İnşaat” QSC (VÖEN – 1403566801) olub.

“Qaçqınkom” Bakı şəhəri ərazisində salınan məcburi köçkün qəsəbələrində mənzillərin və binaların dam örtüyünün təmirinə görə “Diler İnşaat” QSC-yə 196 min 258 manat 27 qəpik ödəyəcək.

Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “Diler İnşaat” QSC 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşən QSC-nin nizamnamə kapitalı 2010 manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.

Onu da bildirək ki, “Diler İnşaat” QSC-nin sahibi millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadədir. Orxan Quluzadə eyni zamanda Londonda “11 Larch Court Admiral Walk, Carlton Gate, London, W9 3UA” ünvanında qeydiyyatda olan “Ugano Limited” şirkətinə rəhbərlik edir./Yeniavaz.com

Xəbər 263 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?


BÜTÜN XƏBƏRLƏR +