Bakıda hava yağmursuz keçəcək - Sabah
Əjdər Olun kassasiya şikayətinə baxılıb
Prezidentimizə eşq olsun... - Aqil Abbas
Xəstə uşaq şəkli ilə 200 min manat yığdı - VİDEO
Tramp Putinlə “sülh planı“nı müzakirə edib
Maskın sərvəti 600 milyard dolları keçdi
İran: Qazaxıstanla yeni əlaqə və Ermənistanın ümidlənməsi
Ceyhun Ələkbərov şöbə müdüri təyin olunub
Tovuzda 14 yaşlı qızın toyunun qarşısı alındı
Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi...


11.12.2025  10:09 

Hocanın uduzduğu matç: Məğlubiyyətin əsas səbəbləri nədir?





A+  A-

Başdan başlayaq. Hazırkı komandada oyunçuların keyfiyyəti hansısa rəqibi rahat udacaq səviyyədə deyil. Dəfələrlə yazmışıq, yenə də təkrarlayaq. Arada bir-ikisi önə çıxır, matçı həll edir, alqışlayırıq, sonra həmin həmin bir-iki nəfər ardıcıl 4-5 oyunda heç nə ilə yadda qalmır. Bu komandada Avropa nəhənglərinin heyətində yer almağa namizəd yoxdur. Bir dənə Koxalski "tərpənmişdi", o da bu gün uzaqdan iki top buraxdı. Elit qapıçı heç olmasa birini çıxarardı.

Bu komandada hücumçu yoxdur. Mən transfer pəncərəsi bağlananda yazanda ki, yayı boşa verdik, forvard almadıq, ölkənin yarısı mənə ağıl öyrədirdi. Qardaş, bu futboldur e, onu aldatmaq olmur. Ömrü boyu hücumda oynamamış Düranı, vinger Nərimanı çevirib ora qoymaqla deyil. Komandada ampluaca hücumçu bir dənə Musadır, o da bayramdan-bayrama ortaya çıxır. Hücumçu almaq lazım idi.

Qurban Qurbanov... Şübhəsiz böyük məşqçidir, amma bu matçı məhz o uduzdu. Bəzi əvəzetmələr tez, sondakılar isə çox gec oldu. "Ölüdən fərqi olmayan" Zubiri, 60-cı dəqiqədən sonra ayağı-ayağına dolaşan Elvini vaxtında əvəzləməyən məşqçi bu məsuliyyəti öz üzərinə götürməlidir. Səbəbi başqa yerdə axtarmağa ehtiyac yoxdur.

Bununla yanaşı, hesabda irəlidə olarkən arxaya çəkilmək, riskə getməmək lazım idi.

Niderlandlılar oyunun əvvəlini bizə vermiş, yoraraq əldən salmaq, sonra isə sıxıb istəyinə çatmağı planlaşdırmışdı. Məhz belə də oldu. Sirli plan deyildi. Bunu artıq 20-25-ci dəqiqədə hər kəs görürdü. Hoca da həmçinin. Amma tədbir görmədi. Bəlkə də istədi görmək, amma bacarmadı. Addainin israrla cinahda oynadılıb Zubirin ortada "yoxa çıxarılması", hər matçda eyni əvəzetmələrin edilərək Leandro kimi futbolçunun son yarım saatda kənarda qoyulması, Düranın pressinq bacarığından sona qədər istifadə edilməməsi də bura daxildir. Qurban Qurbanov dəyişmir, dəyişmək istəmir. Onun bir planı var, o planla da hərəkət edir. Bu plan böyük qələbələr də qazandırır, bu gün gördüyümüz məğlubiyyətləri də gətirir. Reallıqdır. Bu "Qurbanov reallığı" ilə barışmalıyıq. Çünki başqa Qurbanımız yoxdur, alternativi yetişməyib.

Hə, bir də rəqib. Biz bu boyda səhvlərimizi deyirik, amma "Ayaks" haqda danışmırıq. Nə qədər şablon səslənsə də, nə qədər klassik olsa da bu "Ayaks"dır. Sən bu komandanın ölüsünü belə udmaq üçün meydanda ölməlisən. Meydanın hər nöqtəsində olmalısan, hər qarış üçün mübarizə aparmalısan. Və təbii ki təcrübə və klassın olmalıdır. Bu klub dünya futbolunun mənzərəsini dəyişmiş klubdur. Bu mexanizmi asanlıqla yenmək mümkün deyil. Bunun üçün hələ çox çalışmalıyıq. İllər, onilliklər lazımdır.

Kənan Məstəliyev

Xəbər 1299 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?


BÜTÜN XƏBƏRLƏR +