“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış


11.06.2018  19:12 

Rektorun səfir oğlu çaxır alveri ilə məşğuldur





A+  A-

Bakıda fəaliyyət göstərən “Mona Liza”, “Monte Kristo” kimi restoran-şadlıq evlərindəki qiymətlərdən əksəriyyət xəbərdardır. Bu restoranlarda bir nəfər üçün yerin qiyməti 100 manata yaxındır. Qiymətlərin bahalığını isə həm də orada verilən spirtli işkilərin, şərabların baha və təmiz olmasıyla əlaqələndirilər.
XəzərNews.az İstiqlal.az-a istinadən bildirir ki, məlumatlı mənbənin sözlərinə görə, bu restoranlara şərablar birbaşa İspaniyadan gətirilir. Kimin və necə gətirməsi barədə məlumat verən mənbənin sözlərinə görə, bu işdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun xüsusi xidmətləri var: “Həmin restoranlar BDU-nun rektoru Abel Məhərrəmovundur. İspaniyadakı səfir də onun oğludur. Yəni, o restoranlar onların ailə biznesidir. Anar Məhərrəmov da bu biznesə öz töhfəsini verir – İspaniyadan çaxır göndərir. Beləcə, həm onların obyektində təmiz ispan şərabı olur, həm də onlara çox ucuz başa gəlir”.

O da bəlli olub ki, elə şərab göndərilməsi ilə əlaqədar bir müddət əvvəl Anar Məhərrəmovun Azərbaycan gömrükçüləri ilə problemi yaşanıb. Bundan sonra göndərişlər üçün yaxın adamlarından istifadə olunub.

“Şərablar diplomatik möhür altında gətirilir. Bir müddət əvvəl onun yaxın adamlarından biri İspaniyadan Bakıya xeyli sayda şərab gətirəndə yolda butılkaların bir neçəsi sınıb. Onları da səfirin işçilərindən biri qablaşdırıbmış. O hadisədən az sonra başqa bir məsələni bəhanə gətirərək, həmin işçini çıxarıb”, – başqa bir mənbə bildirib.

Qablaşdırmada “xətaya” yol vermiş işçinin, həmçinin səfirin həmin vaxt şərabları gətirən yaxınının kim olması da məlumdur. Bu və başqa məsələlərlə bağlı dəqiqləşmələrdən sonra səfirin ailə biznesinə şərab töhfəsi barədə detallı bilgiləri çatdıracağıq.

Bir müddət öncə Azərbaycanın Avstraliyadakı səfirliyindəki tütün biznesi çoxlarının yadındadır. Səfir öz statusundan istifadə edərək, güzəştli qiymətlərlə tütün məhsulları alır, sonra da onların satışı həyata keçirilirmiş.

Xəbər 3957 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı


BÜTÜN XƏBƏRLƏR +