Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.
Verilişdə səsləndirilən fikirləri qısa tezisini təqdim edirik:
- Təəssüf ki, İran inkişaf strategiyasını müəyyən edə bilməyib. Bəlkə də raket, PUA-sız və nüvəsiz İran indiki İrana nisbətən daha güclü, adekvat siyasət apara bilər. İran indi anti-ərəb simasını yenidən ortalığa qoyub. “Malik Əjdər” filminin nümayişi bunu qeyd etməyə əsas verir. Bəlkə də müharibə səhnələri ilə əlaqədar müsbət qəbul edilə bilər, o filmdə ərəblər hədsiz təhqir olunur. Ərəblərə qarşı təhqirin orijinal formalarını İran orada tətbiq edib.
İran B.Netanyahunun dediklərinə hələki heç bir təkzib verməyib. B.Netanyahu yəhudi və fars xalqlarını dost, müttəfiq xalqlar adlandırırdı. 12 günlük müharibədən sonra bu açıqlamasını bir daha təkrarladı. Fars və yəhudi xalqları hətta I Kirin dövründən dost, müttəfiqdirlər.
İran bir il bundan əvvəl “Müqəddəs Hökmdarlar” adlı serial çəkdi və nümayiş etdirdi. Bütün hökmdarlar Tövratın məşhur Peyğəmbərləri idi. Əslində bu İranın yəhudilərə doğru hərəkətinin çox vacib amilidir. İran yəhudilərə ərəbləri əzməyə yenidən hazır olduğu mesajını verir.
İsrail ərəblərlə əməkdaşlığı İranla əməkdaşlıqdan daha üstün tutur.
İran isə İsrail və ABŞ-a anti-Rusiya siyasətininin mesajını çatdırır.
İran üçün Zəngəzur dəhlizinin mahiyyəti kommunikasiya deyil. Rusiya və Avropa ilə çoxsaylı kommunikasiya əlaqəsi var. Zəngəzur koridoru olmadan da İran Mərkəzi Asiya regionu vasitəsilə (Türkmənistan və Qazaxıstan) Rusiyaya çıxa bilər. İran Xəzər dənizində geniş infrastrukturlar hazırlayır, Həştərxanda limanı almaq istəyir. Bu Rusiya vasitəsilə dünya iqtisadiyyatına qovuşa bilər. İran daxili mahiyyətinə görə tək ərəblərə deyil, türklərə və azərbaycanlılara da qarşı düşməndir.
Azərbaycan və Türkiyəsiz İranın Avropaya və Rusiyaya çıxış yolları mümkündür.
Zəngəzur dəhlizi sadəcə İranın əlində Rusiyaya qarşı alətdir. İran Qafqazda itirdiyi tarixi torpaqlarını qaytarmaq istəyir və bunu da ABŞ-a, İsrailə mesajını verir ki, “Rusiyanın əleyhinə getməyə hazırdır”. İran belə qeyri-müəyyən siyasətini aydınlaşdırana qədər İran mövcud olmaya bilər.
Allahdan arzu edək ki, indiki rəhbərliyi İranın sonunu görsün. Amma görməyə də bilərlər. Proseslər belə istiqamətə gedə bilər.
İranın ən çox təzyiqə məruz qoyduğu dövlət Azərbaycandır. İran Azərbaycanın yaxşı olmasına minnətdar olmalıdır. Bu gün ona görə yaşayır ki, Azərbaycan müstəqil siyasət aparır, rəhbəri Prezident İlham Əliyevdir və onun da siyasəti yaxşılıqdır. Xudafərin körpüsünün o tayından tuşlanan snayper gülləsinə cavab olaraq Prezident İlham Əliyev o körpünü dostluq körpüsü adlandırdı.