Bu həftə sülh sənədi imzalanacaq?
Tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzalandı
“Heç nə, yaşayıram” - Sabiq nazir
21 direktor işdən çıxarıldı
Panfarsçılar Pezeşkianı niyə hədəf alıblar?
Mixail Qusman Bakıya gəldi
Bakıda 40 dərəcə isti olacaq
Rusiya Ukraynanın Atom Elektrik Stansiyasını vurub
8 yaşlı qızın bədənində siqaret söndürüblər?
Avtobusun qarşısından yolu keçəndə maşın vurdu


04.08.2025  14:41 

Panfarsçılar Pezeşkianı niyə hədəf alıblar?





A+  A-

Pezeşkianın etdiyi etirafı Xamenei özü etməliydi...

Məsud Pezeşkianın Azərbaycanla bağlı son açıqlaması İran cəmiyyətində az qala 7-8 balllıq dağıdıcı zəlzələ effekti yaradıb.

Molla rejiminə bağlı panfarsçı, şovinist qüvvələri xüsusən də Pezeşkianın bu iki cümləsi rəsmən dəli edib:

- “Azərbaycan bizə doğmadır. Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilmirəm, amma İsrail bunu bacarır?! Biz əlaqə qura bilmirik”.

- “Əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir. Əlaqə yaradılmayıbsa, günah bizdədir”.


Fars şovinistlərini qəzəbləndirən bu iki bəyanat çox nadir etiraf nümunəsidir - Xomeyni və Xamenei rejiminin son 40 ildə yol verdiyi ağır günahların, böyük siyasi səhvlərin açıq etirafıdır.

Düzdür, bir qədər gecikmiş etiraf olsa da, amma çox cəsarətli etirafdır.

Və biraz da dərinə getsək, əslində, bu etirafı Pezeşkian yox, uzun illərdir ki, rejimə rəhbərlik edən ayətullah Xameneinin özü etməliydi.

Çünki Pezeşkian az öncə qeyd etdiyim böyük siyasi səhvlərə və Azərbaycana qarşı yol verilmiş idbarlıqlara görə heç bir məsuliyyət daşımır. Adam molla rejiminin Azərbaycana qarşı kirli oyunlarında heç vaxt iştirak etməyib.

Bütün oyunların başında şəxsən Xameneinin özü dayanır. İranda ali dini liderin icazəsi, razılığı olmadan heç bir qərar verilmir. Bu, heç kimə sirr deyil.

Son günlərdə d-r Əli Əkbər Vilayətini yenidən Azərbaycanın üzərinə qısqırdan və onu Zəngəzur dəhlizinin əleyhinə sərt ifadələrlə danışdıran yeganə hakim fiqur da məhz Xamenei idi.

Ona görə də sözügedən etiraf da Pezeşkiandan yox, Xameneidən gəlməliydi.
Lakin Xamenei belə bir tarixi etirafda bulunarmı?

Yox! Əsla!

Putin kimi Xamenei də etiraf hissindən məhrum adamdır. Təşəxxüs və eqo bu cür insanlara öz səhvlərini etiraf etməyə, üzr istəməyə imkan vermir.

Ona görə də biz Xameneidən Azərbaycana qarşı səhvlərin, günahların, təxribatların səmimi etirafını, peşmançılığını əsla gözləməməliyik.

Əlbəttə çox istərdik ki, fars-molla güruhu Pezeşkianın məlum etirafını düzgün anlaya bilsin və doğru-düzgün qərarlar verməyə başlasın. Ancaq sözün düzü, mən Xameneinin və onun qatı mühafizəkar-radikal komanda üzvlərinin islah olunacağına, normal siyasət yürütməyə başlayacaqlarına inanmıram.

Pezeşkian mollaların arasında tamamilə yad cisimdir. Və dəyərli oxucumuz Vidadi Məmmədrzayevin qeyd etdiyi kimi, "bu nurani insan, gül kimi qara tikanların içinə düşüb, qərbyönümlü, müasir düşüncəyə malik insandır, qonşularla normal münasibət qurmaq istəyən siyasətçidir. Ancaq çox təəssüf ki, son sözü o demir. Gəldi Azərbaycana, burada insanların isti, mehriban münasibətini, yüksək səviyyədə qarşılanmasını gördü. Yəqin söhbətlər, müzakirələr vaxtı da əmin oldu ki, Azərbaycan həqiqətən də dost, qardaş ölkədir, buradan İrana heç vaxt düşmən münasibət olmayıb, əksinə, İrana həmişə dost əli uzatmışıq, əvəzində isə top, tüfəng, tank görmüşük və s.
Allah qorusun Pezeşkianı, bəlkə bu mollaları bir yola gətirə".


Ancaq Vidadi bəydən fərqli olaraq mən isə Pezeşkianın molla rejimini yola gətirə biləcəyini tamamilə mümkünsüz hesab edirəm.

Əksinə, ötən yazımın sonuncu abzasında qeyd etdiyim kimi biz Pezeşkianın etiraflarına xoşagəlməz reaksiyaların şahidi olduq. Mən həmin abzasda vurğulamişdim ki, "mollalar bu cür inqilabi düşüncələrə hazır deyil. Ona görə də irəlidə Pezeşkiana qarşı hələ çox basqılara, tənqidlərə və təhqirlərə şahidlik edəcəyik".

Təəssüf ki, dediyim kimi də oldu. Pezeşkianın bu çıxışından sonra molla rejiminin panfarsçı qüvvələri ona qarşı hücuma keçiblər, media və sosial şəbəkələr üzərindən durmadan təhdid və təhqir yağdırırlar.

Rejimin nökərlərindən biri olan və “Zəhrdaru” Teleqram kanalı vasitəsi ilə Azərbaycana qarşı zəhər saçmaq yolunu tutan sosial media fəalı Rza Şeybani adlı fars şovinisti də Məsud Pezeşkianın Azərbaycanla bağlı son açıqlamalarını sərt tənqid etdi və hətta onu Azərbaycana görə xəyanətdə suçladı.

Pezeşkianı ölkənin etimadını, birliyini pozmaqda və xəyanətdə günahlandıran R.Şeybani Telegram-kanalındakı paylaşımında ölkəmizin adını çəkmədən, Azərbaycan Respublikasına da şər-böhtan yağdırıb: “Bu cür bəyanatlar xalqın etimadına xəyanətdir. Açıq dəlillərə görə, ölkəmizə qarşı hərbi əməliyyatlarda İsraillə əməkdaşlıq edən və İran xalqının, o cümlədən azərbaycanlıların qətliamında bu rejimin döyüş maşınına yanacaq verən bir ölkə haqqında məsuliyyətsizcə danışmaq qəbuledilməzdir!”.

Heç şübhəsiz ki, Şeybani kimi blogerlər, ictimai fəallar, ekspertlər bu cür şər-böhtan dolu sayıqlamalarını paylaşmaq, tirajlamaq göstərişlərini birbaşa Xameneinin ofisindən və ya SEPAH-ın əlaqədar qurumlarından alırlar.

Bu mənada, İranın ali dini liderinin Pezeşkianın etiraflarını oxuyub qəflətdən ayılacağı və qonşu ölkələrə (ilk növbədə isə Azərbaycan və Türkiyəyə) qarşı toksik siyasəti dayandırmaq əmrini verəcəyi illüziyadan başqa bir şey deyil.

Ancaq Məsud Pezeşkian isə Xameneinin islaholunmazlığından və panfarsçıların təhdidlərindən usanmamalı, ümidsizliyə qapılmamalı, öz yolundan geri çəkilməməlidir.

Bəybala Mirzəyev

Xəbər 205 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.08.2025  18:36 

Sabunçuda narkokuryer TUTULDU

04.08.2025  16:01 

21 direktor işdən çıxarıldı

04.08.2025  13:18 

Avtomobildən yıxılan kişi ÖLDÜ

04.08.2025  12:54 

Mixail Qusman Bakıya gəldi

04.08.2025  12:28 

Bakıda 40 dərəcə isti olacaq

04.08.2025  11:33 

6 aylıq uşaq infarktdan öldü

04.08.2025  11:29 

Nazir ona yüksək vəzifə verdi

04.08.2025  10:43 

Xaçmazda meşədə yanğın olub


BÜTÜN XƏBƏRLƏR +