“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


16.09.2025  13:35 

BMT komissiyası: İsrail Qəzzada soyqırım törədib





A+  A-

Birləşmiş Millətlər Təşkilatının Qəzza üzrə Təhqiqat Komissiyası (COI) sentyabrın 15-də açıqladığı hesabatda İsrailin anklavda soyqırım törətdiyi qənaətinə gəlib.

Reuters-in məlumatına görə, sənəddə baş nazir Binyamin Netanyahu da daxil olmaqla, İsrailin ali rəhbərliyinin bu cinayətdə məsuliyyət daşıdığı vurğulanır.

Komissiya qətllərin miqyası, humanitar yardımın qarşısının alınması, fələstinlilərin məcburi köçürülməsi, doğum klinikasının dağıdılması kimi faktlara istinad edib. Qurumun sədri, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi Navi Pillay bildirib ki, iki ilə yaxındır Qəzzada “Fələstin qrupunu məhv etməyə yönəlmiş soyqırım kampaniyası” aparılır.

72 səhifəlik hüquqi təhlil “BMT-nin indiyə qədərki ən inandırıcı tapıntısı” adlandırılsa da, komissiyanın müstəqil qurum olduğu və BMT adından rəsmi çıxış etmədiyi qeyd olunur. Hazırda BMT hələ “soyqırım” terminindən istifadə etməsə də, bu istiqamətdə təzyiqlərin artdığı vurğulanır.

İsrail isə ittihamları rədd edərək, Həmasın 2023-cü ilin oktyabr hücumundan sonra həyata keçirilən əməliyyatların terrora qarşı mübarizə məqsədi daşıdığını bildirir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, indiyədək 64 mindən çox insan həlak olub. Avqustda isə BMT bölgədə ilk dəfə tammiqyaslı aclığı rəsmi olaraq tanıyıb.

Komissiya İsrailin 1948-ci il Soyqırımı Konvensiyasında göstərilən beş əməldən dördünü törətdiyini müəyyən edib: qətl, ciddi bədən və psixoloji zərər, qəsdən məhvə hesablanmış həyat şəraitinin yaradılması, eləcə də doğumların qarşısının alınmasına yönəlmiş tədbirlər.

Sübutlar qurbanlarla və şahidlərlə müsahibələr, açıq mənbə sənədləri, peyk görüntüləri və yüksək vəzifəli İsrail rəsmilərinin bəyanatları əsasında toplanıb.

Xəbər 430 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı

15.09.2025  15:56 

Prezident sərəncam İMZALADI


BÜTÜN XƏBƏRLƏR +