Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


28.07.2025  18:48 

PA-nın adından 4500 manatlıq dələduzluq





A+  A-

Özünü Prezident Adminstrasiyasının vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşa qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, vətəndaş M.Quliyeva 10 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan oğlu F.Quliyə baş çəkməyə gedib. Oğlu ilə görüşdən sonra cəzaçəkmə müəssisəsinin qarşısında Mayis adlı bir nəfər ona yaxınlaşıb. Həmin şəxs özünü ona Prezident Adminstrasiyasının vəzifəli şəxsi kimi təqdim edib. O, M.Quliyevanı inandırıb ki, oğlunu həbsdən azad etdirə bilər. Bunun üçün vətəndaşdan 4500 manat pul istəyib.

Qarşı tərəf razılaşıb. Lakin bir müddət sonra Mayis adlı şəxsə zəng çatmayıb. Bundan sonra M.Quliyeva Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat verib.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Mayis saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə aparılıb. Müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 3 ay, 17 gün müddət 1 günə 2 gün hesabı ilə verilmiş cəzadan çxılıb və üzərində qəti olaraq 1 il 4 ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.



Xəbər 113 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +