Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar
Polşa təyyarələri havaya qalxdı...-BU ÖLKƏYƏ GÖRƏ
Papoyan ABŞ-a səfər edəcək
Tramp bu prezidentlərlə ağ evdə görüşəcək
Pezeşkian: Nüvə obyektlərimizi vursalar...
Zelenski “Koreya ssenarisi”nə müraciət edib
Adnan Əhmədzadənin həbsində sensasion detallar üzə çıxdı


20.09.2025  23:19 

Adnan Əhmədzadənin həbsi... - Azərbaycanın “Zəncani presedenti”





A+  A-

Bu gün Azərbaycanda ən çox müzakirə olunan mövzu Adnan Əhmədzadənin həbsidir. Onun barəsində irəli sürülən ittihamlar daha çox korrupsiya hadisəsi deyil, sanki sistem daxilində ciddi silkələnmə təsiri bağışlayır. Əlbəttə, bu proses bir çox müşahidəçilərə və sosial şəbəkə istifadəçilərinə İranın məşhur oliqarxı Babək Zəncani işini də xatırladır.

Elə bu məqamda qeyd edək ki, Babək Zəncani illərlə İran dövlətinin “gizli iqtisadi mexanizmlərinin” önəmli siması olub. Bir zamanlar onun qara bazarda neft satışı və qızıl ticarəti sahəsində "fəaliyyəti" ölkənin beynəlxalq sanksiyalardan yan keçməsinə xidmət edirdi. Və əlbəttə ki, bu da illərdir sanksiyalar burulğanında boğulan İran üçün göydəndüşmə idi.

Amma zaman gəldi və Zəncaninin dövlətdən ən azı 3 milyard avro mənimsədiyi, şəxsi sərvətinin isə 12–13 milyard dollar olduğu iddia edildi.

Onun həbsi uzun sürən məhkəmə prosesləri ilə müşayiət olundu, hətta edam məsələsi də gündəmə gəldi. Lakin sonradan dövlətə borclarını ödədiyi üçün azadlığa buraxıldı.



Bu presedent göstərdi ki, korrupsiya yalnız maliyyə mənimsəməsi deyil, həm də iqtisadi konfiqurasiyanın dəyişməsi ilə də sıx bağlıdır. Amma Azərbaycanda belə bir təhlükə yoxdur.

Adnan Əhmədzadə dünənə qədər dövlətin ən güvənilən adamlarından biri hesab olunurdu. İndi isə ağır cinayətlərlə ittiham olunur, bəzi mənbələr hətta “Şimala uzanan izlərdən” belə danışırlar.

Ən diqqətçəkən fərq isə proseslərin inanılmaz dərəcədə sürətlə getməsidir. "Zəncani işi"ndə illərlə çəkən məhkəmə prosesi "Əhmədzadə işi"nin çox sürətlə bitəcəyinə işarə edir: saxlanılması barədə xəbər yayılan gün adama ittiham elan olunur və haqqında həbs-qəti imkanı seçilir.


Oliqarxlar necə korrupsiya mexanizatorlarına çevrilirlər?

Qeyd edək ki, hər iki şəxs uzun müddət dövlət sisteminin “daxili etibarını” qazanıb. Zəncani qapalı həyatı sevsə də, Əhmədzadə instaqram fenomeni olub, dünyanın məşhur top qovanlarına (futbolçulara) bahalı hədiyyələri və yaxınlığı ilə tanınıb. Xanımı isə brend geyim və avtomobillərini, elitar görüşlərini çəkib paylaşmaqdan xüsusi həzz alıb. Xəzinə üstündə oturan dilənçi məmləkətin məmmədhəsənləri isə Əhmədzadənin Messini Bakıya gətirməsini ölkəmizin beynəlxalq aləmdə tanıtımına verə biləcəyi töhvə ilə ovunublar.

Zəncani daha çox beynəlxalq neft və qızıl dövriyyəsi ilə məşğul olubsa, Əhmədzadə
ilk əvvəllər dövlətin neft strukturlarının olan SOCAR-da mühüm postlardan bir neçəsini tutub, oliqarxlaşandan sonra isə neftin xaricə satışından əldə olunan milyonların idarəçisinə çevrilib. Onun daxili biznesi isə sanki "gözdən pərdə asmaq" üçün idi. Bu barədə başqa zamanda və yazıda daha geniş yazacağıq.



İndi Adnan Əhmədzadənin digər məqamlar da gündəmə gətirir.

Onlardan ən əsası etimad böhranıdır. Dünənə qədər dövlətə bağlı ən güclü fiqurların bu gün korrupsiya ilə ittiham olunması hakimiyyətdə oliqarxiyaya inamı sarsıdır. Eyni zamanda məsələnin təkcə daxili yox, həm də "xarici izləri"nin səsləndirilməsi ehtimalı ciddi problemlərə işarə edir.

Zəncani hadisəsi göstərmişdi ki, korrupsiya işləri əksər hallarda sadəcə məhkəmə qərarı ilə yekunlaşmır. Qəsb olunan milyonların geri qaytarılması və s. Yəni tələsməyək, Əhmədzadənin həbsi də bu mənada Azərbaycanın “Zəncani presedenti” ola bilər.

Əlbəttə, proseslərin sürətli inkişafı cəmiyyətə, daha çox da hakimiyyətə təkcə maliyyə yox, həm də "digər" mənalar daşıyan mesaj verir: etibarın bir gündə etimadsızlığa çevrildiyi məqamda heç bir fiqur toxunulmaz deyil.

XəzərNews.az

Xəbər 175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza

20.09.2025  17:38 

Adnan Əhmədzadə həbs EDİLDİ

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA


BÜTÜN XƏBƏRLƏR +