Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb


07.07.2025  13:31 

Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?





A+  A-

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması barədə təkliflərə münasibət bildirib.

XəzərNews.az-ın məlumatına görə, deputat Pravda.az-a açıqlamasında deyib ki, inkişaf etmiş müxtəlif ölkələrdə olduğu kimi Azərbaycanda da orduda müqavilə ilə müddətdən artıq hərbi xidmət keçmə məsələsi var.

“44 günlük müharibə dövründə də şahidi olduq ki, əsas döyüş mövqelərində, vacib əməliyyatlarda komando dəstələri iştirak edirlər, həddindən artıq peşəkardırlar. Onların yaşları isə 18 deyil, 20-dən yuxarıdır. Bütün bu proseslərdə hamı şahid oldu ki, irəli, döyüş xəttinə yeni hərbi qulluğa getmiş əsgərlər buraxılmır. Onlar ən azı 6 ay xidmət keçməlidirlər ki, hərbi əməliyyatlarda iştirak edə bilsinlər. Yaş həddi məsələsi sovet dövründən qalma qaydadır. 18 yaşından hərbi xidmətə çağırış sovet dövründən bəri var. Amma indiki ordular artıq o dövrlərin orduları deyil. Orduda professionallıq, müqavilə ilə xidmət üstünlük təşkil edir. Xüsusi təyinatlıların hazırlanmasına önəm verilir”, - deputat bildirib.

O, qeyd edib ki, Azərbaycan vətəndaşı 18 yaşına çatanda vətənə xidmət borcunu yerinə yetirmək üçün hərbiyə yollanır. Bu məsələlər müzakirə olunur. Ola bilər, gündəmə gətirilər, qanunvericilikdə diqqət yetirilər və müəyyən qərarlar verilər. Hələ ki belə bir şey yoxdur.



Xəbər 168 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +