Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi
Məhrum edilən uşaqlar, unudulan dəyərlər
220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir
İran vətəndaşları ilə əlbir olub 30 kq marixuananı...
Avropa Ukraynaya həmişəlik yardım göstərə bilməz - Ərdoğan


23.09.2025  11:32 

Adnandan sonra... - Başqa kimlər həbs oluna bilər?





A+  A-

“SOCAR Trading”in keçmiş rəhbərlərindən biri, hazırda “Caspian Logistics Solutions” şirkətinin rəhbəri Adnan Əhmədzadənin həbsi ölkədə şok effekti yaradıb. Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı ilə o, dörd aylıq istintaq təcridxanasına göndərilib. Bu hadisə təkcə hüquqi müstəvidə deyil, həm də iqtisadi və ictimai müstəvidə ciddi rezonans doğurub.

İddiaların mahiyyəti və doğurduğu suallar

Adnan Əhmədzadənin adı “Azeri Light” markalı xam neftin xlorid tərkibli başqa xam neftlə qarışdırılması işində hallanır. Bu isə Azərbaycanın dünya bazarında etibar qazandığı ən strateji enerji brendinə toxunan məsələdir. Əgər iddialar təsdiqlənsə, nəticəsi təkcə bir şəxsin məsuliyyəti ilə bitməyəcək — çünki belə cinayət əməli bir nəfərin deyil, bütöv bir komandanın işi ola bilər.

Hələlik bu məsələ yalnız mediada səslənən iddialardan ibarətdir. Rəsmi ittiham aktı elan olunmayıb. Buna görə də cəmiyyətdə dolaşan suallar daha çoxdur: bu işin arxasında sadəcə bir fərdin məsuliyyəti dayanır, yoxsa daha böyük dairələr və şəbəkələr də araşdırılacaq? Və ən önəmlisi: Adnanın həbsi onun qurduğu biznes imperiyasının hamısını vuracaqmı?

Adnan Əhmədzadə qısa zamanda elə geniş bir biznes şəbəkəsi qurub ki, onun həbsi yüzlərlə, hətta minlərlə insanın həyatına birbaşa təsir göstərə bilər. Qazanclarının əsasən neft ticarətindən topladığı deyilir. Amma bu sərvət təkcə enerji sahəsi ilə yekunlaşmır; Əhmədzadə illər ərzində biznesini müxtəlif istiqamətlərdə şaxələndirib:

Marketlər şəbəkəsi

Onun adı “Bolmart”, “Rahat Market”, “Port Baku Bazar” “Tam store” kimi iri pərakəndə ticarət mərkəzləri ilə birgə çəkilir.

Restoran və xidmət sektoru

Paytaxtın tanınmış restoran və ictimai iaşə obyektlərində onun izi görünür.

İdman sahəsi

Son illər Adnan Əhmədzadənin adı daha çox idmanla hallanırdı. O, böyük maliyyə imkanlarını bu sahəyə yönəldərək həm nüfuz qazanmağa, həm də adını geniş auditoriyaya tanıtmağa çalışırdı.

Əhmədzadənin əsas layihələrindən biri ASTA (Azerbaijan Sport Talents Academy) adlı futbol akademiyasıdır. Bu akademiya aşağı yaş qruplarında liqalarda çıxış edir, gənc futbolçular yetişdirir və onların inkişafına dəstək verir. Akademiya eyni zamanda “Mingəçevir” futbol klubu ilə əməkdaşlıq qurub, bu klubun maliyyələşməsində də onun adı hallanır.

Bundan əlavə, AFFA ilə birlikdə Azərbaycanda “Barcelona” futbol akademiyasını qurmağa başlayıb.

Beləliklə, Əhmədzadə idman vasitəsilə həm gənclərin hazırlığına sərmayə qoyur, həm də özünü “idmana dəstək verən xeyriyyəçi iş adamı” kimi təqdim edirdi. Bu, həm ictimai imicinin möhkəmlənməsinə xidmət edir, həm də müxtəlif dairələrlə əlaqələrinin genişlənməsinə imkan yaradırdı.

Media

Ən maraqlı məqam isə budur ki, Əhmədzadə informasiya sektoruna da uzanmağı bacarıb. Azərbaycanda böyük bir holdinqə sahib olduğu, eyni zamanda çoxsaylı saytlara sponsorluq etdiyi bildirilir. Reklam müqavilələri və sponsor dəstəyi ilə media mühitində də güclü şəbəkə qurub.

Adnan Əhmədzadənin bu qədər şaxələnmiş sahələrdə pay sahibi olması onu deməyə əsas verir ki, indi təkcə sahibkarın deyil, həmin şəbəkələrdə çalışan işçilərin, tərəfdaş şirkətlərin, təchizatçıların da taleyi sual altındadır.

Cəmiyyətdə təşviş və “zəncir effekti” qorxusu

Əhmədzadənin həbsi xəbəri yayılandan dərhal sonra biznes dairələrində və ictimaiyyətdə narahatlıq dalğası baş qaldırdı. Sual artıq yalnız onun hansı cinayəti törədib-törətməməsi deyil, həm də qurduğu şəbəkələrin aqibəti ilə bağlıdır.

Marketlər şəbəkəsində çalışan işçilər əmək haqlarının verilib-verilməyəcəyindən narahatdılar. Restoran və xidmət sektorunda tərəfdaş olanlar müqavilələrin taleyini bilmir. Media və idman layihələrində onun dəstəyinə arxalanan qurumlar isə sponsorluğun dayanacağından ehtiyat edirlər.

Ən kritik sual budur: DTX-nin araşdırması yalnız Adnan Əhmədzadə ilə yekunlaşacaq, yoxsa onun qurduğu geniş biznes imperiyasına da uzanacaq? İstintaqa kimlər cəlb olunacaq?

Əslində bu hadisə bir daha göstərir ki, Azərbaycanda böyük sərvətlərin mənbəyi və biznes şəbəkələrinin fəaliyyəti barədə şəffaflıq mexanizmləri möhkəmləndirilməlidir.

Çox güman ki, bu işin nəticəsi təkcə Adnan Əhmədzadənin həbsi ilə məhdudlaşmayacaq və ölkədə biznes-siyasət münasibətlərində daha genişmiqyaslı sualları gündəmə gətirəcək./Bakupost.az



Xəbər 461 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +