Bu ölkədə gəmi batdı, xarici vətəndaş öldü
DİN Astarada əməliyyat keçirib
Əliyev-Putin görüşü ilə bağlı... - ŞƏRH
Düşənbədə Putinlə Əliyev arasında görüş başa çatıb
Ronaldonun sərvəti 1 milyard dolları ötüb
Təyyarə qəzası ilə bağlı məmurların hərəkətlərini araşdırırıq - Putin
İlham Əliyev: Bu işi şəxsi nəzarətinizdə saxladığınız üçün...
İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir
Putin: Rusiya AZAL-ın təyyarə qəzasına görə təzminat ödəyəcək
Putin: Raketlər AZAL təyyarəsinin bir neçə metrliyində partlayıb


09.10.2025  11:55 

34 min manatlıq cərimə niyə bu qədər gec “xatırlandı”?





A+  A-

Qazi Rəşad Əhmədlinin Baku TV-yə verdiyi müsahibə cəmiyyətdə haqlı suallar doğurub. O, bildirir ki, “Cənab Prezidentin mənə verdiyi avtomobili “Nəvai” postunda saxlayaraq əlimdən alıblar. Buna səbəb kimi 34 min manat cəriməmin olduğunu deyiblər”.

Məsələnin ən diqqətçəkən tərəfi isə bu qədər böyük məbləğdə cərimə yığılmasına baxmayaraq, illərlə heç bir yol polisinin onu dayandırmaması və xəbərdarlıq etməməsidir. Əgər sürücü bu qədər pozuntuya yol veribsə, bəs nə üçün o, indiyədək nə cərimələnib, nə də xəbərdar edilib?

Rəşad Əhmədlinin sözlərinə görə, bu günə kimi heç bir yol polisi məni saxlayıb deməyib ki, bu qədər cəriməm var, ya da “pravam” yoxdur”. Onun avtomobili cərimə meydançasına aparıldıqdan sonra isə mövcud cərimələrin üstünə faizlər əlavə olunub.

Əlbəttə bu da vətəndaşın vəziyyətini daha da ağırlaşdırıb.

İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cərimə müəyyən edilmiş müddətdə (60 gün ərzində) ödənilmədikdə, məcburi icra tədbirləri görülə bilər. Lakin burada əsas məsələ sürücünün həmin cərimələr barədə vaxtında məlumat almasıdır. Əgər bu baş verməyibsə, vətəndaşın müdafiə hüququ da pozulur.

Rəşad Əhmədlinin dediyinə görə, “maşınım cərimə meydançasına aparıldığı gündən cərimələrin üstünə faiz gəlir”. Bu, artıq İcra Məcəlləsinin 78-ci maddəsinə görə gecikmiş borclara əlavə ödənişlərin tətbiqi sayılır. Ancaq hüquqi baxımdan bu faiz yalnız rəsmi bildiriş alındıqdan sonra qüvvəyə minməlidir.

Rəşad Əhmədli sürücülük vəsiqəsi (“prava”) olmadığını bilmədən idarə etdiyini iddia edir. Qazi etiraf edir ki, “əlillərə prava verilmir” deyə düşündüyü üçün sürücülük vəsiqəsi almayıb. Halbuki “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinə əsasən, əlilliyi olan şəxslər tibbi göstəriş əsasında, xüsusi icazə ilə sürücülük hüququ əldə edə bilərlər. Bu da bir daha göstərir ki, məlumatlandırma və maarifləndirmə sistemi kifayət qədər işləmir.



Baş Dövlət Yol Polisi İdarəsi məsələ ilə bağlı açıqlamasında bildirib ki, “onun törətdiyi qayda pozuntuları ilə bağlı yaranmış cərimə öhdəliklərinə xitam verilməsinə dair hüquqi əsaslar müəyyən olunmayıb”.

Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələr barədə sürücü dərhal və ya sonradan məlumatlandırılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 125.1-ci maddəsi isə sürücüyə inzibati protokolun təqdim edilməsini və onunla tanış olma hüququnu təmin edir. Lakin Rəşad Əhmədli bildirir ki, “bu günə kimi heç bir yol polisi məni saxlayıb deməyib ki, bu qədər cəriməm var, ya da “pravam” yoxdur”. Bu isə hüquqi baxımdan məlumatlandırma öhdəliyinin yerinə yetirilməməsi deməkdir:

1. Əgər bu qədər cərimə toplanıbsa, niyə bu prosesin qarşısı vaxtında alınmayıb?

2. Yol polisi sistemində sürücülərin cərimələri barədə xəbərdar olunması mexanizmi niyə işləmir?

Bu hadisə bir daha göstərir ki, yol hərəkəti nəzarətində təkcə cərimə yazmaq deyil, vətəndaşla əlaqə, məlumatlandırma və qarşısını alma mexanizmləri də işləməlidir.

Əks halda, nəticədə nə nəzarət, nə də ədalət qalır.



Xəbər 1238 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +