Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO
Baş nazir qərar imzaladı
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu


30.10.2025  18:46 

Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı





A+  A-

“Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin ofisində aparılan əməliyyatla bağlı yayılan məlumatlar ölkə ictimaiyyətində geniş rezonans doğurub. Məhkəmə qərarında qeyd olunur ki, Vüqar Məmmədovun rəhbərlik etdiyi televiziyadakı çıxışları “sosial gərginliyi artırmaq və dövlət orqanlarını gözdən salmaq məqsədi daşıyan hərəkətlər” kimi qiymətləndirilib.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Azərbaycan Reallığı”na açıqlamasında bacısı oğlu, “Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin rəhbəri Vüqar Məmmədovun saxlanılması ilə bağlı danışıb.

Sərdar Cəlaloğlu bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları həm media ofislərində, həm də Vüqar Məmmədovun yaşadığı evdə axtarış aparıblar:

“Evində axtarış zamanı heç nə götürülməyib. DTX əməkdaşları özlərini çox mədəni aparıblar. Vüqarın ailə üzvlərinə qarşı psixoloji və fiziki təzyiq göstərilməyib. Ailə üzvləri bildiriblər ki, onlar üzr istəyərək bu prosesi həyata keçiriblər. Hətta Vüqarı həbs edəndə qandallayıblar, özünü pis hiss etdiyinə görə sonra açıblar. Çünki onun ürəyində problemlər var”.

ADP sədrinin sözlərinə görə, Vüqar Məmmədovun həbsi Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin işi ilə əlaqəli deyil və bu iddialar əsassızdır:

“Bunun heç bir əsası yoxdur. Çünki Vüqar bəyin fəaliyyəti ilə bağlı iradlar təxminən 6 ay əvvəl mənə çatdırılmışdı. Bu iradları həm Prezident Administrasiyası, həm də DTX bildirmişdi. Mən də dəfələrlə çalışmışam ki, Vüqar Məmmədov çıxışlarında radikal olmasın, irad tutulan məsələlərə yer verməsin. Sadəcə, Vüqar gərgin vəziyyətdə idi. Fikirlərini radikal formada ifadə edirdi. Vüqarın valideynləri də həmin çıxışlarına görə ona dəfələrlə iradlarını bildiriblər. O, ağır iqtisadi-sosial vəziyyətə düşən insanları görüb, emosional reaksiyalar verirdi. Ramiz Mehdiyevlə bu məsələni əlaqələndirmək böhtandan başqa bir şey deyil.”

Sərdar Cəlaloğlu əlavə edib ki, Vüqar Məmmədovun əvvəllər də Ramiz Mehdiyevlə eyni cəbhədə dayanması barədə deyilənlər tamamilə əsassızdır:

“Həmin şəxsin vaxtında Vüqar Azərbaycan Demokrat Partiyasını maliyyələşdirmək ittihamı ilə 4 il həbsdə olub. Biznes fəaliyyətinə də müəyyən əngəllər törədilib, nəticədə müflis olub. Bizə qarşı Ramiz Mehdiyevdən daha çox düşmənlik edən şəxs yoxdur. Vüqar onun komandasında necə ola bilər ki, Ramiz Mehdiyevin ən çox düşmənlik etdiyi şəxslər biz olmuşuq”.

Xəbər 76 dəfə oxunub.




30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi


BÜTÜN XƏBƏRLƏR +