7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


07.10.2025  18:03 

Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi





A+  A-

Bir müddət öncə ölkənin ən iri banklarından biri olan Kapital Bankın müştərisinin şəxsi məlumatlarının üçüncü tərəfə ötürülməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar geniş müzakirələrə səbəb olmuşdu.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə tanınmış jurnalist İlham Aslanov çıxış edib.

İ.Aslanov bildirib ki, məsələyə aydınlıq gətirən bank, faktın baş verdiyini təsdiqləyib və hadisə ilə bağlı araşdırma apardığını bildirib.

“Kapital Bank baş vermiş xoşagəlməz hadisəyə operativ reaksiya verib və daxili araşdırma başladıb. Nəticədə, hadisəyə səbəb olan əməkdaşın əmək və icra intizamını pozduğu müəyyən edilib və onunla bağlı intizam tədbiri görülüb.

Bankın rəsmi açıqlamasında deyilir:

Müştəri məlumatlarının qorunması ilə bağlı məqamlar həm Azərbaycan Respublikasının qanunvericiliyi, həm də bankın daxili normativ sənədləri ilə tənzimlənir. Bundan irəli gələrək əməkdaşlarımız müştəri məlumatlarının məxfiliyinin qorunması ilə bağlı xüsusi təlimatlar alır və onların fəaliyyəti xüsusi nəzarət mexanizmi ilə təqib olunur.

Sözügedən mövzu hazırkı media sorğusu daxil olmadan öncə daxili nəzarət mexanizmləri nəticəsində müəyyən edilmiş və araşdırma başladılmışdır. Araşdırma nəticəsində qeyd olunan hal əmək və icra intizamının pozulması hesab edildiyindən əməkdaş barəsində müvafiq intizam tədbiri görülmüşdür.

Qeyd edirik ki, müştəri məlumatlarının qorunması bankımız üçün ən vacib məsələdir və bank bu kimi hallara dözümsüz yanaşır, həmçinin bu istiqamətdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilir”.

Qeyd edək ki, Kapital Bank hadisəni “arzuolunmaz hal” kimi qiymətləndirib və müştəri məlumatlarının təhlükəsizliyinin bundan sonra da prioritet istiqamət olacağını vurğulayıb.

Xəbər 280 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +