Ermənistanda İranın güc amili
Ramiz Mehdiyevin gəlini vəzifəsindən azad edilib
Oryol vilayətində dronlar İES-i vurdu
Narkotikin təsiri altında maşın sürən qazi saxlanıldı
Deputat suya da limitin tədbiqini təklif edir
9 nəfəri aldadaraq 58500 manat ələ keçirdi
Fariz Babayev vəzifədən uzaqlaşdırıldı -FOTO
Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı


30.10.2025  11:59 

Sahibkar parklanma yerini qanunsuz zəbt etdi





A+  A-

Bakıda satış üçün nəzərdə tutulan avtomobillərin ictimai parklanma yerində saxlanması sürücülərin narazılığına səbəb olub.

XəzərNews.az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

Yayılan videogörüntülərdə 1-ci Yaşıl Ada küçəsində, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus parklanma ərazisinin yaxınlıqdakı avtomobillərin satışı ilə məşğul olan salon tərəfindən zəbt edildiyi bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, artıq əraziyə baxış keçirilib.

"Obyekt sahibinə ciddi xəbərdarlıq edilib, bu kimi halların yolverilməz olduğu bildirilib. AYNA tərəfindən parklanma ərazilərində mütəmadi monitorinqlər davam etdirilir", - deyə T.Orucov bildirib.

Artıq ictimai parklanma yerində saxlanılan avtomobillər ərazidən götürülüb.

Xəbər 1340 dəfə oxunub.




31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm


BÜTÜN XƏBƏRLƏR +