Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


09.12.2025  13:33 

ƏRAQÇININ AZƏRBAYCANA SƏFƏRİ İLƏ BAĞLI BİR NEÇƏ ŞTRİX - TƏHLİL





A+  A-

İran xarici işlər naziri funksiyasını yerinə yetirən Seyid Abbas Əraqçının Bakıya səfəri İran-Azərbaycan münasibətlərində uzun müddətdir yığılıb qalan mühüm məsələlərin üzə çıxması baxımından mühüm əhəmiyyət daşıdı.

I. İlk dəfə idi ki, İran Azərbaycanla münasibətlərdə fikir ayrılıqlarının və ziddiyyətlərin mövcudluğunu açıq şəkildə etiraf etdi. A.Əraqçı bunu həm Prezident İlham Əliyevin hüzurunda, həm də XİN rəhbəri Ceyhun Bayramovla görüş zamanı dilə gətirdi. Bu, indiyədək münasibətlərdəki gərginliklərin səbəbkarı kimi Azərbaycanı, onun mətbuatını, yaxud xarici qüvvələri - İsraili və bəzən ABŞ-ı ittiham edən İranın ilk dəfə real vəziyyəti qəbul etməsi idi. Bu dəfə eyni arqumentləri səsləndirə bilmədi.

II. Azərbaycan mətbuatının İran mövzusunda uzun müddət daha yumşaq mövqe nümayiş etdirməsi, əslində, İranın Azərbaycana qarşı ittihamlarını maksimum dərəcədə artırmasına şərait yaratmışdı. Tehran bu gün BƏƏ ilə Azərbaycanı eyniləşdirir, xüsusilə İsrailə neft nəqli və digər məsələlərdə Möhsün Rzayi hər iki ölkəni paralel şəkildə təqdim edir. Bu dəfə İran nümayəndələri Azərbaycan mediasına irad bildirə bilmədi. Ola bilsin ki, mətbuatımız əvvəlki mövqeyinə qayıtsın - biz təhlillərimizi indiyədək ortaya qoymuşuq və davam etdirəcəyik.

III. “3+3 formatı” ilə bağlı Ceyhun Bayramovun səsləndirdiyi fikirlər bu istiqamətdə günahkar tərəfin Azərbaycan deyil, məhz İran olduğunu aydın şəkildə göstərdi. Prosesi yaxından izləyən biri kimi qeyd etmək olar ki, formatın işləməməsinin əsas səbəbi Tehranın mövqeyidir. Azərbaycan XİN rəhbəri Ermənistan tərəfinə görüşün Bakıda keçirilməsini təklif edib. Ermənistan isə Yerevanda keçirilməsi barədə rəsmi təklif vermədən Azərbaycanın təklifini qəbul etməyib. Rusiya, İran və Türkiyənin mövqeyinə görə görüş ya Bakıda, ya da İrəvanda olmalıdır. Bakı təklif verir, İrəvan qəbul etmir və alternativ tarix/məkan da irəli sürmür. Son iclas İstanbulda baş tutdu. Həmin toplantıdan sonra Ermənistan Xİ naziri Ararat Mirzoyan A. Əraqçının yanında mətbuata açıqlama verərək bildirdi ki, bundan sonra “3+3 formatı”nda Ermənistan–Azərbaycan münasibətləri müzakirə olunmayacaq. Halbuki formatın əsas mahiyyəti məhz bu idi. A. Əraqçı buna heç bir reaksiya vermədi. Ardınca da formatı tez-tez yada salmaqla guya diplomatik mahirlik nümayiş etdirməyə çalışdı. O zaman başa düşməli idi ki, Ermənistanın niyyəti Azərbaycanla münasibətləri normallaşdırmaq deyil. N. Paşinyanın dövlət borcu və silahlanma ilə bağlı bir-birini təkzib edən açıqlamaları da bu xəttin təsdiqidir. Paşinyanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığı ehtimalı artır. Hətta BƏƏ və İsraillə birlikdə İrana qarşı planlar qurması da istisna deyil.

IV. Ceyhun Bayramovun Azərbaycanın Qəzzaya sabitləşdirici qüvvə göndərməsi ilə bağlı izahı İranın anti-Azərbaycan təbliğatına ciddi zərbə vurdu.

V. “Tramp koridoru” tam şəkildə Ermənistanın təşəbbüsüdür. Paşinyan İran mövzusunu gündəlikdə saxlamaq üçün həmin koridorun tikintisində israrlıdır. Bu layihə Ermənistan üçün həm geosiyasi, həm də geoiqtisadi dividendlər vəd edir. SSRİ-nin dağılmasında iştirak edərək müəyyən gəlirlər əldə edən Ermənistan bu dəfə də oxşar qazanc axtarışındadır. İran isə, demək olar ki, öz əleyhinə işləyən bu planı dəstəkləməklə yenə Ermənistanın maraqlarına xidmət etmiş oldu.

VI. İran uzun illərdir Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləməklə yanaşı, Xəzər dənizi ilə əlaqədar da yanlış yanaşmalar ortaya qoyur. Azərbaycanı NATO və ABŞ-ı Xəzərə gətirməkdə ittiham edən Tehran faktiki olaraq Rusiyanın Xəzərdə hərbi üstünlüyünü daha da artırdı. Aktau bəyannaməsinə əsasən Xəzərin faktiki hərbi sahibi Rusiyadır. İran isə Hörmüz boğazını bağlayacağı ilə hədələməklə bölgədə gərginlik yaradıb. ABŞ-ın burada müxtəlif planlar hazırlaması ehtimalı az deyil. Hörmüz boğazına ya ehtiyac qalmamalıdır, ya da İranın oradan istifadəsi mümkünsüz edilməlidir. ABŞ-ın Venesuela neftinə dair istəkləri də bunu göstərir. İran isə hələ də yeni bəyanatlarla vəziyyəti daha da mürəkkəbləşdirir.

VII. Ümumilikdə A.Əraqçı və ya başqa bir şəxs İranda tamhüquqlu Xarici İşlər naziri kimi qərar verə biləcək statusa sahib deyil. Onlar sadəcə olaraq verilən tapşırıqları yerinə yetirir, mesaj aparıb-gətirirlər. Buna görə də Əraqçının Bakıya səfərinə İran hakimiyyəti barədə ən məlumatlı şəxslərdən birinin səfəri kimi yanaşmaq daha düzgün olar.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 914 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +