Bu rayonlarda altı ay ərzində heç bir iş yeri açılmayıb
Tokayev Azərbaycana səfərə gəldi
Gilan Kərpic Zavodunda ölüm...
Məşhur aparıcının villası milyonluq satışda
Çexiya Ukraynaya silah yardımını dayandırmır
Hülya Avşar yeni imicdə -FOTOLAR
İsrail Hizbullahı hədəfə aldı
Daha bir ölkədə hökumət əleyhinə etirazlar...
Müdafiə naziri Fergus Auld ilə görüşüb
Tanınmış yazıçı vəfat etdi -FOTO


09.04.2019  13:58 

“Prezidentlə görüşdə biri dədəsinə heykəl istədi, biri...”





A+  A-

Bakıda keçiriləcək Avropa Liqasının finalı və AVRO-2020-nin iştirakçılarının gəlir vergisindən azad edilməsi təklif edilir.
XəzərNews.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Bununla bağlı Vergi Məcəlləsinə əlavə olunması təklif edilən 102.1.34-cü maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək Avropa Liqasının finalı və qitə çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının, oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri vergidən azaddır.

Layihədə qeyd edilir ki, qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq.

Layihənin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, idmanla yanaşı başqa digər sahələrə də güzəştlər edilməlidir: “Məsələn, mədəniyyət və incəsənət xadimləri prezidentlə görüşlərində ictimai məsələləri yox, öz problemlərini qaldırdılar. Biri dədəsinə heykəl istədi, biri küçəyə ad verilməsini istədi. Ancaq biri demədi ki, kitaba tətbiq oluna 18 faizlik ƏDV aradan qaldırılsın. Qonşu ölkələrdə bu ƏDV aradan götürülüb. Bu günlərdə görkəmli şair Musa Yaqub müsahibə verir və deyir ki, məni heç yana müalicəyə göndərən yoxdur. Hələ mən Musa Yaquba, Ramiz Rövşənə xalq şairi adının verilməsi məsələsinə toxunmuram. Təkcə idmanla kifayətlənmək olmaz. Biz yaradıcı insanların bütün sahələrdə dəyərini verməliyik”.

Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər 3116 dəfə oxunub.




06.10.2025  17:37 

Gilan Kərpic Zavodunda ölüm...

06.10.2025  17:07 

Hülya Avşar yeni imicdə -FOTOLAR

06.10.2025  17:04 

Sabah bu ərazidə qaz olmayacaq

06.10.2025  16:20 

Məşhur futbolçunu ayı qovaladı

06.10.2025  15:58 

Rusiya Ukrayna raketini vurdu

06.10.2025  14:10 

Mərdəkan yolunda yeni dəyişiklik


BÜTÜN XƏBƏRLƏR +