06.10.2025 14:54
Zelenski: Ukraynanın müdafiə sənayesi onlarla dəfə artıb
Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 6-da bildirib ki, Rusiya ilə müharibənin başlanmasından sonra Ukraynanın müdafiə sənayesi öz potensialını onlarla dəfə artırıb.
XəzərNews.az xəbər verir ki, Dövlət başçısı bu barədə Beynəlxalq Müdafiə Sənayesi Forumu zamanı yayımlanan videomüraciətində danışıb.
Zelenskinin sözlərinə görə, gələn il Ukraynanın yalnız dron və raket istehsalı potensialı 35 milyard dollar səviyyəsində olacaq.
“Bütün çətinliklərə baxmayaraq, ukraynalılar öz milli müdafiə məhsulunu yaradırlar və bəzi parametrlərə görə o, artıq dünyada bir çoxlarını qabaqlayır. Biz yerli artilleriya istehsalını rekord müddətdə, yüksək keyfiyyətlə qura bildik,” – deyə prezident vurğulayıb.
O, qeyd edib ki, Ukrayna hazırda ayda 40 ədəd “Boqdan” özüyeriyən artilleriya sistemi istehsal edir və bu, “ciddi nəticə” sayılır.
Zelenskinin sözlərinə görə, hazırda cəbhədə istifadə olunan silahların 40 faizdən çoxu Ukraynada istehsal olunan silahlardır:
“Bu, vacib göstəricidir. Məqsədimiz ilin sonuna qədər bu rəqəmi ən azı 50 faizə çatdırmaqdır”.
Prezident həmçinin vurğulayıb ki, Ukraynanın müdafiə sənayesinin tam gücü ilə işləməsi üçün maliyyə dəstəyinə ehtiyacı var.
“Biz bunu təmin etməyə kömək edə biləcək bütün tərəfdaşlarla işləyirik. Artıq Avropa, ABŞ və Yaxın Şərqdə silah ixrac-idxal platformalarının açılması ilə bağlı razılaşmalar əldə olunub,” – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, “Silahlar” adlı yeni ixrac proqramı Ukraynada istehsal olunan məhsulların dünya bazarına çıxmasına şərait yaradacaq və bu, həm maliyyə axınını, həm də müdafiə sənayesinə sərmayələri artıracaq:
“İxracın və yeni birgə müəssisələrin açılması Ukraynanın müdafiə sənayesini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək”.
Xəbər 613 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|