Bu rayonlarda altı ay ərzində heç bir iş yeri açılmayıb
Tokayev Azərbaycana səfərə gəldi
Gilan Kərpic Zavodunda ölüm...
Məşhur aparıcının villası milyonluq satışda
Çexiya Ukraynaya silah yardımını dayandırmır
Hülya Avşar yeni imicdə -FOTOLAR
İsrail Hizbullahı hədəfə aldı
Daha bir ölkədə hökumət əleyhinə etirazlar...
Müdafiə naziri Fergus Auld ilə görüşüb
Tanınmış yazıçı vəfat etdi -FOTO


22.08.2017  10:14 

Qazax, Tovuz, Tərtər atəşə tutuldu





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub.
XəzərNews.az xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər 2766 dəfə oxunub.




06.10.2025  17:37 

Gilan Kərpic Zavodunda ölüm...

06.10.2025  17:07 

Hülya Avşar yeni imicdə -FOTOLAR

06.10.2025  17:04 

Sabah bu ərazidə qaz olmayacaq

06.10.2025  16:20 

Məşhur futbolçunu ayı qovaladı

06.10.2025  15:58 

Rusiya Ukrayna raketini vurdu

06.10.2025  14:10 

Mərdəkan yolunda yeni dəyişiklik


BÜTÜN XƏBƏRLƏR +