Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


11.10.2025  10:51 

Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?





A+  A-

"Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkələrdə paylaşdığı məlumatda bildirib ki, Saatlı rayonunda bəzi şəxslər tualetlərdən xüsusi maşınlarla çıxarılan tullantıları (insan nəcisini) balıq saxlanılan süni göllərə boşaldaraq, balıqları həmin tullantılarla yemləyirlər".

XəzərNews.az xəbər verir ki, ekspertin bu açıqlamasına əslən Saatlıdan olan tanınmış jurnalist Əliqismət Bədəlov etiraz edib.

Ə.Bədəlov bildirib ki, guya bu barədə quruma məlumat daxil olub və iddia edilən hal ciddi xəstəliklərin, o cümlədən xərçəngin yaranmasına səbəb ola bilər:

“Hörmətli ekspert, sizin yoxlanılmamış məlumat yaymağınız və həmin göllərin ünvanını gizli saxlamağınız özü ən böyük problemdir. Niyə bu məlumatı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə təqdim etmədiniz? Saatlıda əhali balıqdan çox istifadə edir, həmçinin burada Sarısu gölü kimi təbii su mənbələri var. Kim öz yetişdirdiyi balığı insan nəcisi ilə qidalandırıb ailəsinə və qonaqlarına yedizdirər? Bu cür əsassız və ünvanı göstərilməyən məlumatlar rayon əhalisində narahatlıq yaradıb. Mən bu paylaşımı oxuduqdan sonra sevimli qidam olan balıqdan imtina etdim. Belə informasiyalar təxribat xarakteri daşıyır".

Hazırda məsələ ilə bağlı rəsmi qurumların münasibəti açıqlanmayıb.




Xəbər 3006 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +