Rəis rüşvət almaqda ittiham olunur
Putin və Tramp Budapeştdə görüşəcək
İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir
Ramiz Mehdiyevin ev həbsində olduğu villası - Video
Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Xalq yazıçısı Cabir İmanovla bağlı danışıb
Ukrayna ordusunun təlim poliqonu “İsgəndər”lə vuruldu
Tovuzda baş verən qətl... - Təfərrüatlar məlum oldu
Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?
9 nəfərin 3 milyon pulunu neçə ələ keçirdi...


16.10.2025  12:54 

Mehdiyevin oğlunun şirkəti borca düşdü





A+  A-

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan “Şərq-Qərb” ASC dövlət qarşısında borca düşüb.

XəzərNews.az bu barədə İqtisadiyyat.az-a istinadən xəbər verir.

Məlumata görə, “Şərq-Qərb” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 52 144 manat yığılmış vergi borcunun olduğu üzə çıxıb.

Qeyd edək ki, mətbuatda “Şərq-Qərb” nəşriyyat-poliqrafiya şirkətinin Prezident Administrasiyasının sabiq rəhbəri, bu günlərdə ağır cinayətlərdə ittiham olunaraq ev dustaqlığına məhkum edilən Ramiz Mehdiyevə aid olduğu bildirilir. “Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-i Ramiz Mehdiyevin oğlu, hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan Teymur Mehdiyevə məxsusdur.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, “Şərq-Qərb” ASC 2001-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. Şirkətin nizamnamə kapitalı 589 880 manat təşkil edir.

Dövlət satınalmalarının vahid internet portalına nəzər yetirdikdə “Şərq-Qərb” ASC-nin milyonlarla manat dəyərində tenderlərin qalibi olduğunu görmək mümkündür. Xüsusən, şirkətin 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və tabeçiliyində olan müəssisələrlə nəhəng müqavilələr bağladığı məlum olub. Həmin vaxt AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib.

Xatırladaq ki, Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, 2019-cu ilin İş planına uyğun olaraq həyata keçirilən, nəticələrinə hesabat ilində baxılan AMEA İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar akademiya tərəfindən “Şərq-Qərb” ASC-yə ödənilib. Lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib.

Eyni zamanda Hesablama Palatasında ötən il AMEA-nın İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Cari ilin oktyabrın 1-də isə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, AMEA-da 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır və həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb. Artıq bəzi epizodlarda ibtidai istintaqın tamamlandığını söyləyən Baş prokuror cinayət işlərinin baxılması üçün məhkəməyə göndərildiyini vurğulayıb.

Xəbər 3843 dəfə oxunub.




16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü


BÜTÜN XƏBƏRLƏR +