Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?


29.10.2025  10:08 

Paşinyan “sensasion xəbər”i açıqladı





A+  A-

Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı videoda katolikos II Qareginin keşiş Aramı kilsədən uzaqlaşdırmaq səlahiyyətinə malik olmadığını bildirib.

XəzərNews.az Teleqraf-a istinadla xəbər verir ki, o, videonu “sensasion xəbər” başlığı ilə paylaşıb.

Paşinyanın sözlərinə görə, “sensasion xəbər” II Qaregin tərəfindən gəlib. Katolikos kilsənin nizamnaməsinə istinad edərək iddia edib ki, keşiş Aram Asatryan kilsədən kənarlaşdırıldığı üçün Hovhannavank monastırında liturgiya keçirə bilməz.

Baş nazir isə qeyd edib ki, II Qareginin özü erməni kilsəsinin nizamnaməsinə əsasən katolikos ola bilməz:

“Problem ondadır ki, Ktriç Nersisyan (II Qaregin) subaylıq andını pozduğu üçün katolikos ola bilməz. Bu səbəbdən o, artıq kilsədən kənarlaşdırılıb. Belə olan halda, kilsədən uzaqlaşdırılmış şəxs başqa birini uzaqlaşdıra bilməz. Buna görə də keşiş Aram Asatryan Hovhannavankda liturgiya apara bilər”.

O əlavə edib ki, keçən bazar günü olduğu kimi, bu bazar da Hovhannavank monastırında keçiriləcək liturgiyada iştirak edəcək.

Xatırladaq ki, Aram Asatryan oktyabrın 21-də katolikos tərəfindən kilsədən uzaqlaşdırılıb. Asatryan “erməni kilsəsini və onun rəhbərini ləkələməkdə” ittiham olunub. Bundan sonra o, Eçmiədzin kafedralından alınaraq dövlətin balansına verilən Hovhannavank monastırında fəaliyyətə başlayıb. Bazar günü onun burada keçirdiyi liturgiyada Nikol Paşinyan da iştirak edib.

Xəbər 140 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +