“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir


20.10.2025  18:03 

Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev





A+  A-

Azərbaycana qayıtmaq niyyətim yoxdur. Çünki sən istədiyin vaxt özünü Azərbaycandakı kimi hiss edə bilərsən. Bu işi görmək üçün onlarla vasitələr mövcuddur.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlamanı Milli Məclisinin sabiq sədri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyev “Yeni Sabah”a müsahibəsində deyib.

R.Quliyev bildirib ki, 44 günlük Vətən müharibəsi və Şuşanın, Xankəndinin azad edilməsi ilə əlaqədar yüzlərlə yazıları çıxıb:

“Vətənə münasibətin məsafə ilə heç bir əlaqəsi yoxdur. Anadan harada olmağın o demək deyilki, sən ora bağlısan və mütləq doğulduğun yerdə yaşamalısan… Bağlılıq, əsasən, Vətənin çətin günlərində hansı səviyyədə onun işinə yaraya bilməyindən asılıdır. Mən hər zaman, harada olmağımdan asılı olmayaraq, vətənimə yaramağa, vətənim üçün töhfələr verməyə, layiqli vətəndaş olmağa cəhd etmişəm”.

Xatırladaq ki, Rəsul Bayram oğlu Quliyev 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. O, 1993-cü ildə Milli Məclisin sədri seçilib. 1996-cı il sentyabrın 11-də istefa verərək ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, həmin tarixdən sonra Azərbaycana qayıtmayıb.

Xəbər 917 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +