Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


03.11.2025  17:50 

Kremlin Cənubi Qafqaza müdaxilə cəhdi: Paşinyan-Zaxarova “atışması”





A+  A-

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, dövlətlərarası və xalqlararası etimad mühitinin formalaşdırılması, nəticə etibarilə isə dayanıqlı sülhün əldə edilməsi istiqamətində atılan addımlar regionda sabitlik və əməkdaşlıq üçün tarixi əhəmiyyət kəsb edir.

Lakin bu proses, təəssüf ki, bir sıra qüvvələr və ölkələr, xüsusən də Rusiya tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində apardığı siyasət bəzi xarici mərkəzlərin, xüsusən də Moskvanın geosiyasi maraqlarına toxunduğundan, onlar bu prosesi pozmaq üçün müxtəlif manipulyativ üsullara və informasiya təxribatlarına əl atırlar.

Moskvanın mövqeyi və imperiya təfəkkürünün davamı

Son hadisələr göstərir ki, bu qüvvələrin önündə ilk növbədə Moskva dayanır. Rusiya uzun illərdir Cənubi Qafqazda öz təsir dairəsini qorumaq üçün region xalqları arasında qarşıdurma və etimadsızlıq mühitindən faydalanıb. Bu gün isə rəsmi Kremlin, eləcə də Rusiya elitasının müəyyən dairələrinin Azərbaycan-Ermənistan sülh prosesinə skeptik və təzyiq xarakterli yanaşması həmin ənənəvi imperiya təfəkkürünün hələ də qalmaqda olduğunu göstərir.

Rusiya xarici siyasətinin yüksək səviyyəli nümayəndələri bəyanatlarında bu istiqamətdə davamlı olaraq açıq mesajlar verməkdədir. Xüsusilə Sergey Lavrovun Qərbi Qafqaz və Mərkəzi Asiya ölkələrini “Rusiyadan uzaqlaşdırmaqda” Qərbi ittiham etməsi, Moskvanın regionda öz nəzarət mexanizmini qorumaq istəyinin növbəti nümunəsidir. Lavrovun “bütün mövcud vasitələrdən - diplomatik, siyasi və iqtisadi alətlərdən istifadə edəcəyik” - deməsi, faktiki olaraq Qafqazda sülh təşəbbüslərinə təhdid kimi qiymətləndirilə bilər.

Sülh prosesinə qarşı informasiya və siyasi təzyiqlər

Kreml təkcə açıq siyasi bəyanatlarla deyil, həm də informasiya və diplomatik təzyiqlər vasitəsilə region ölkələrini mövqelərindən çəkindirməyə çalışır. Bu prosesdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xüsusi fəallıq nümayiş etdirir.

Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində atdığı addımlar və “erməni soyqırımı” iddiasında yumşalma Kremlin ciddi narahatlığına səbəb olub. Çünki Moskva əsrlər boyu bu məsələdən region xalqları arasında nifaq toxumu səpməklə öz nəzarətində saxlamaq üçün istifadə edib.

Zaxarovanın “erməni soyqırımı”nın “müqəddəsliyinə” toxunulmasını xəyanət kimi qiymətləndirməsi və Paşinyana qarşı sərt ifadələr işlətməsi, Kreml üçün bu kartın nə qədər strateji əhəmiyyət daşıdığını bir daha göstərir. Onun “xalq müqəddəs saydıqlarına xəyanət edirsə, yox olmağa məhkumdur” kimi bəyanatları Moskvanın hələ də emosional və ideoloji təzyiq alətlərindən istifadə etdiyini nümayiş etdirir.

Paşinyanın cavabı və Moskvanın təlatümü

Paşinyan isə bu ittihamlara cavab olaraq bildirib ki, türklərlə ermənilər arasında düşmənçilik münasibətlərinin kökündə məhz sovet təhlükəsizlik orqanlarının və Kremlin manipulyativ siyasəti dayanır. Onun “ermənilərin Azərbaycan və Türkiyə ilə bağlı təsəvvürləri KQB tərəfindən formalaşdırılıb” deməsi, Rusiya tərəfindən sərt reaksiyaya səbəb olub.

Bu açıqlamaya cavab olaraq Zaxarova “KQB 1954-cü ildə yaradılıb, “soyqırımı” isə 1915-ci ildə baş verib”, - deyərək Paşinyanı tarixi faktları təhrif etməkdə ittiham edib. Ardınca Rusiya mediasının tanınmış simalarından Vladimir Solovyov da Paşinyanın bəyanatlarını “cəfəngiyyat” adlandırıb.

Amma Zaxarova nədənsə onu da unudur ki, Paşinyan KQB deyəndə, SSRİ və Rusiya xüsusi xidmət orqanlarını nəzərdə tutur. Çünki çar Rusiyası XX əsrin əvvəllərdində, xüsusən də 1905-ci ildə Moskva açıq şəkildə bölgədə ermənilərlə türklər arasında nifaqı, düşmənçiliyi dərinləşdirmək üçün məqsədyönlü şəkildə belə qarşıdurmalar yaradırdı. O da hamıya bəllidir ki, XX əsrin sonunda Qarabağ münaqişəsinin alovlandıran və bundan imperiya maraqları üçün faydalanan Moskva olub. Yəqin ki, Zaxarova bu yolla diqqəti hədəfdən yayındırmağa çalışır.

Moskvanın bu qədər kəskin reaksiyası göstərir ki, Rusiya üçün Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırması sadəcə siyasi proses deyil. həm də onun regiondakı təsir rıçaqlarının itirilməsi deməkdir.

Bütün bu faktlar onu göstərir ki, Rusiya Cənubi Qafqazda sülhün və dayanıqlı təhlükəsizliyin formalaşmasında maraqlı deyil. Kreml bu bölgəni hələ də öz “geosiyasi həyati məkanı” kimi görür və onun üzərində nəzarəti saxlamaq üçün müxtəlif üsullardan - siyasi təzyiqdən tutmuş informasiya manipulyasiyalarına qədər olan alətlərdən istifadə edir.

Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması təkcə iki ölkə üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıyır. Bu prosesin uğurla başa çatması Cənubi Qafqazın müstəqil, sabit və qarşılıqlı əməkdaşlığa əsaslanan yeni təhlükəsizlik arxitekturasının formalaşmasına yol aça bilər.

Bu isə təbii ki, imperiya maraqları ilə yaşayan qüvvələrin heç də xoşuna gəlmir. Lakin reallıq ondan ibarətdir ki, region xalqları artıq öz gələcəklərini kənar güclərin deyil, məhz qarşılıqlı etimad və əməkdaşlığın üzərində qurmaq əzmindədirlər.

Mürtəza Bünyadlı

Xəbər 449 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +