Putin və Əliyev Düşənbədə görüşəcək
Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb
DTX rəisi itkin kimi qeydiyyata alınanların sayını açıqladı
Xankəndiyə avtomatla keçmək istəyən şəxsi polis saxladı
Qəzzada müharibə bitdi: Tramp, İsrail və Həmas təsdiqlədi
Dronlar Rusiyadakı “Lukoyl” qaz emalı zavodunu vurdu
Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi


08.10.2025  15:14 

DİN-dən əməliyyat: Qumar oyunlarını təşkil edənlər saxlanıldı





A+  A-

Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir.

Bu barədə XəzərNews.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu istiqamətdə daha bir neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib. Əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Taleh Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı Rauf Hüseynov saxlanılıblar. Adları sadalanan şəxslər ölkədən kənarda yaradılan "7isles", "fastloto.com" və "chcplay.net" internet saytlarında təşkil edilmiş qumar oyunlarının idarəçiləri ilə cinayət əlaqəsinə keçərək əlbir olublar. Daha sonra onlar həmin saytlar üzərindən sosial şəbəkələrdə "Ambassasdor", "Kazino 555", "VİP 888", "Shangrila" və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər.

"Saxlanılan şəxslərin istifadə etdikləri ofis və mənzillərə baxış zamanı elektron sübutlar, bank kartları, çoxsaylı mobil nömrə və s. sübutlar aşkarlanıb. Araşdırmalarla dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə edildiyi də müəyyən olunub".

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

DİN-dən qeyd edilib ki, vətəndaşları qanunsuz mərc və qumar adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyə çağırırıq. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz onlayn mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kiberdələduzluq halları ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər.

Xəbər 3269 dəfə oxunub.




09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +