Putin və Əliyev Düşənbədə görüşəcək
Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb
DTX rəisi itkin kimi qeydiyyata alınanların sayını açıqladı
Xankəndiyə avtomatla keçmək istəyən şəxsi polis saxladı
Qəzzada müharibə bitdi: Tramp, İsrail və Həmas təsdiqlədi
Dronlar Rusiyadakı “Lukoyl” qaz emalı zavodunu vurdu
Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi


08.10.2025  11:08 

Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama





A+  A-

Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan bir müddət susurlar və qəfil ikisi də eyni gündə danışmağa başlayır. Bu dəfə də belə oldu. Robert Köçəryan bir müddət fasilə verdikdən sonra oktyabrın 7-də mətbuat konfransı düzənlədi və baş nazir Nikol Paşinyanın ünvanına aşağılayıcı fikirlər söylədi, eyni gündə oxşar açıqlamalar Serj Sərkisyandan gəldi.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib.

E.Şahinoğlu qeyd edib ki, hər ikisi gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşır:

“Nikol Paşinyana elə bunlar kimi rəqiblər lazımdır, üzərlərində növbəti dəfə qələbə çala bilsin. Paşinyan dünən “deyin görək, nə vaxt mənimlə debata çıxacaqsınız” cümləsi ilə ikisini də növbəti dəfə susdurub. Köçəryan və Sərkisyan Paşinyanı arxadan söyməyə alışıblar, onunla üz-üzə gəlməyə qorxurlar. Sərkisyan hakimiyyətdə olanda cəmi bircə dəfə Paşinyanla üz-üzə gəlməyə qərar verdi, oteldə mətbuatın qarşısında görüşdülər və bir neçə gün sonra istefa vermək məcburiyyətində qaldı. Ona görə də Köçəryan və Sərkisyan Paşinyanla debatın onlar üçün yaxşı nəticə verməyəcəyini anladıqlarından baş nazirlə üz-üzə gəlmək istəmirlər”.

Politoloq əlavə edib ki, Köçəryan mətbuat konfransından əvvəl Moskvada olub, Kremldə qapalı görüşlər keçirib:

“Köçəryan Rusiya Prezidenti Vladimir Putinin yaxın dostlarındandır və istisna etmirəm ki, Kreml sahibi onunla görüşüb, sadəcə Paşinyanı qıcıqlandırmamaq üçün bu barədə məlumat mediaya ötürülməyib. Çünki, Putin də anlayır yaxın dostunun Ermənistanda reytinqi yoxdur. Buna baxmayaraq, Kreml Nikol Paşinyanın gələcək parlament seçkisində məğlubiyyətə uğradılması və ya ən azı hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamaması üçün müxtəlif ssenarilər üzərində planlar qurur. Köçəryanı da bu məqsədlə Kremlə çağırmışdılar”.

Xəbər 1455 dəfə oxunub.




09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +