Prezident Danimarkada Zirvə toplantısında iştirak edir
Gömrük Komitəsinin daha iki əməkdaşı həbs edildi
İlham Əliyev Paşinyanla görüşdü - Kopenhagendə -VİDEO
Bakıda sahibkar 12 yaşlı oğlana təcavüz edib
ABŞ-dan Ukraynaya DƏSTƏK
Xəzərdə azalmalar müşahidə olunur -VİDEO
ABŞ İrana sanksiyalar tətbiq edir?
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ
Prezident “Qarabağ“ı təbrik edib -FOTO
“Qarabağ” qalib gəldi: 2:0


01.10.2025  13:29 

Avtobusda ödəniş edərkən DİQQƏTLİ OLUN -FOTO





A+  A-

Məlum olduğu kimi, bu gündən ölkə ərazisində ictimai nəqliyyat üzrə yeni tariflərin tətbiqinə başlanılıb.

XəzərNews.az xəbər verir ki, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi 60 qəpikdir. Məsafədən asılı olaraq dəyişkən tarif tətbiq edilir.

Bu səbəbdən metro və avtobuslarda QR kodla ödəniş edən sərnişinlər diqqətli olmalıdır. Çünki QR kod ödənişlərində avtomatik olaraq 60 qəpik seçimi açılır. Lakin tariflər bütün avtobuslarda dəyişmədiyindən bir gedişin qiyməti 50 qəpik olan avtobuslardan istifadə edən sərnişinlər əvvəlki qiymət üçün seçim etməlidirlər.

Qeyd edək ki, bundan əvvəl yeni tariflərin tətbiq ediləcəyi avtobusların siyahısı açıqlanıb./ölkə.az



Xəbər 3262 dəfə oxunub.




02.10.2025  09:35 

ABŞ-dan Ukraynaya DƏSTƏK

01.10.2025  21:15 

“Qarabağ” qalib gəldi: 2:0


BÜTÜN XƏBƏRLƏR +