Adnan Əhmədzadənin Dubaydakı lüks avtomobillər - Foto
Ekspert İlham İsmayıl sərbəst buraxılıb
“Kolorit” restoranı heyvan saxlayırmış
Azərbaycan etibarlı dostdur - Deputat
Xəstəxana 13 yaşlı ürək xəstəsini müayinə etmədi
Kiyev: Putinin yoxa çıxması Rusiyanın siyasətini dəyişməyəcək
Gürcüstandan Azərbaycana pul köçürmələri artıb – Səbəb nədir?
Qiymətlər niyə birdən-birə bu qədər yüksəldi?
Artımları vermirlər - Metropoliten əməkdaşları
Kiyevdə “Birlik xiyabanı”nı ziyarət olundu – Fotolar


26.09.2025  10:25 

Xəzər regionu xalqlarının beynəlxalq müdafiəsi zərurətə çevrilə bilər





A+  A-

BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycan Prezidenti İ. Əliyev Xəzərin sürətlə kiçilməsi məsələsini gündəmə gətirdi və bunun beynəlxalq iqlim dəyişikliyi ilə bağlı olmadığını vurğuladı. Ondan əvvəl isə Qazaxıstan Prezidenti K. Tokayev bu mövzunu “Xəzərin dayazlaşması” adı ilə qaldırmışdı. Bu, bir qədər optimist və ya praqmatik yanaşma kimi göründü. Ekoloji problem dünyanın istənilən ölkəsində dərhal nəzərə çarpır və müəyyən addımlar atılır. K. Tokayevin mövqeyinə qarşı deyilik, ola bilsin ki, daha təşəbbüskar görünmək və beynəlxalq aləmdə ümid yaratmaq üçün belə yanaşma ortaya qoyub.

Əslində isə Xəzərin suyunun sürətlə azalmasında ekoloji problemlərdən çox siyasi amillərin rolu var. Xəzər beş dövlətin vahid gölüdür və Xəzəri dünyaya tanıdan, onun neft resurslarını kəşf edən, yəni Xəzərin pioneri Azərbaycandır. Azərbaycan əvvəldən Xəzərdə bir çox məsələlərin ilk aşkarlayıcısı olub. Təkcə öz ərazisində deyil, İran istisna olmaqla, bütün Xəzəryanı ölkələrdə geoloji kəşfiyyat işlərinin hamısını Azərbaycan başlayıb. Sonradan həmin dövlətlər bu işlərlə məşğul olublar.

Bu gün Xəzərin beynəlxalq aləmdə diqqət mərkəzinə gəlməsi regiondakı iki dövlətlə – Rusiya və İranla – digər ölkələr arasında ciddi problemlər yaradıb. Dünyada özünəməxsus xüsusiyyətləri ilə tanınan bu iki dövlətin arasında bir çox sahədə ciddi narazılıqlar mövcuddur. Çox az məsələdə, o cümlədən Xəzər məsələsində onların mövqeləri üst-üstə düşür.

2018-ci ildə Aktauda Xəzərin hüquqi statusuna dair Konvensiya imzalandı. Həm Xəzəryanı dövlətlər, həm də keçmiş sovet respublikaları bu sənədi imzalayıb ratifikasiya etdilər. İran isə hələ də ratifikasiya etməyib. O, həm ərazi mübahisəsi yaratmaq, həm də Xəzərdə Rusiyanın xüsusən hərbi sahədə güclənən rolunu qəbul etməmək mövqeyindədir. Nəticədə, bu gün Xəzərin əsas problemləri məhz bu iki ölkənin mövqeyindən asılıdır.

Rusiya Xəzərin əsas su mənbəyi olan Volqa çayından əlavə su götürür ki, bu da dənizə daxil olan suyun həcmini xeyli azaldıb. İran isə ekoloji məsələlərə son dərəcə məsuliyyətsiz yanaşır. Urmiya gölünün qurumasının qarşısını almadı, Araz çayının çirklənməsinin qarşısının alınmasında da iştirak etmir.

Gələcəkdə Xəzəryanı ölkələr böyük ekoloji fəlakətlə üzləşə bilərlər. Nəticədə, Xəzər sahillərində yaşayan əhali ölkələrin daxili bölgələrinə doğru miqrasiya edə bilər. Bu miqrasiya dalğasına təkcə Azərbaycan əhalisi deyil, Qafqaz xalqları da daxil ola bilər. Şimali Qafqaz əhalisi, 250 il əvvəl Rusiya imperiyası bölgəyə daxil olanda olduğu kimi, bu dəfə Yaxın Şərqə köçməyəcək. Xatırladaq ki, bu gün Yaxın Şərqin 3-4 ölkəsində böyük çərkəz diasporu mövcuddur ki, bu da həmin dövrdə çar Rusiyasının apardığı müharibələrin nəticəsidir. Müasir dövrdə isə Qafqaz xalqları Rusiyanın öz ərazisi daxilində köçməyə məcbur ediləcək.

Nəticə etibarilə, Kreml Qafqaza qarşı yürütməkdə davam etdiyi destruktiv düşmənçilik siyasətinin nəticələrini bir daha görə bilər.


Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 386 dəfə oxunub.




26.09.2025  00:49 

Tovuzda ev YANIB

26.09.2025  00:37 

Deputatın meyiti TAPILDI

25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...


BÜTÜN XƏBƏRLƏR +